SON DƏQİQƏ! Prezidentdən kommunal ödənişlərlə bağlı mühüm SƏRƏNCAM

SON DƏQİQƏ! Prezidentdən kommunal ödənişlərlə bağlı mühüm SƏRƏNCAMKommunal xidmətlər üzrə tariflərin regional diferensiasiyasının tətbiqi büdcə vəsaitlərinin səmərəli istifadəsinə səbəb olacaq.

Qadinsaytı.az xəbər verir ki, bu barədə trend-in Azərbaycan prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı ilə əlaqədar sorğusuna cavab olaraq Hesablama Palatasından bildiriblər.

Qeyd olunub ki, 23 yanvar 2017-ci il tarixli "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" fərmanı dövlət büdcəsi xərclərinin səmərəli istifadə edilməsinin daha aktual xarakter daşıdığı bir dövrdə xüsusilə vacib və mühüm bir sənəddir:

"Xatırladaq ki, ölkə başçısının "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə 07 dekabr 2015-ci il tarixli fərmanı ilə (11-ci bənd) Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məcburi köçkünlərə maliyyə və digər yardımların verilmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırığı verilib. Hesablama Palatası 2012-ci və 2016-cı illərdə Komitədə aparılmış nəzarət tədbirlərinin nəticəsi olaraq, məcburi köçkünlərə göstərilən kommunal xidmət normalarına yenidən baxılmasının mümkünlüyü və Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məskunlaşmamış qaçqınların və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası" adlı normativ sənədin təkmilləşdirilməsinə ehtiyac olduğu barədə təkliflərini Nazirlər Kabinetinə və Milli Məclisə təqdim edib".

Palatada hesab edirlər ki, fərmanın icrası və ciddi nəzarət mexanizmi sui-istifadə hallarının qarşısının alınmasına, vəsaitlərin ünvanlı istifadəsinə səbəb olacaq. Kommunal xidmət göstərən təşkilatlar əhalinin bu kateqoriyadan olan hissəsinə çox həssas yanaşmalı, bürokratik problemlər yaradılmamalıdır. Həm məcburi köçkünlər, həm də kommunal xidmət göstərən təşkilatlar bu məsələyə maksimum dərəcədə anlayışlı yanaşmalıdır.

Bildirilib ki, bu xərclər üzrə Dövlət Komitəsində növbəti audit 2018-ci ilin II rübündə nəzərdə tutulur:

"Yuxarıda qeyd edilən mühüm fərmanın icrası vəziyyəti bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi büdcə vəsaitlərinin qənaətli istifadəsinə və kommunal xidmət göstərən təşkilatların fəaliyyət göstəricilərinin dəqiqləşdirilməsinə səbəb olmalıdır. Bir fakta da diqqət edin ki, kommunal xidmət haqları tariflərinin artırılması fonunda 2017-ci il üçün elektrik enerjisi, təbii qaz və su xidmətləri xərcləri aşağı səviyyədə proqnozlaşdırılıb. Bu isə Hesablama Palatasının dövlət büdcəsi layihələrinə və icrasına rəylərində dəfələrlə göstərildiyi kimi, həmin kommunal xidmət növləri üzrə dövlət büdcəsi vəsaitləri hesabına ödənilən normalara real istehlak səviyyəsi nəzərə alınmaqla yenidən baxılması və müvafiq proqnozların yeni normalar əsasında tərtib edilməsi ünvanlılığın artırılması ilə izah oluna bilər".

Hesablama Palatasından büdcə vəsaitlərinin ünvanlılığını artırmaq üçün bir sıra təkliflər də irəli sürülüb:

"Azərbaycan prezidentinin qeyd edilən fərmanı 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin icrasının təmin edilməsinə yönəlməklə yanaşı, büdcə vəsaitlərinə qənaət edilməsinə, məcburi köçkünlərə kommunal güzəştlərin ödənişində ünvanlılığın artırılmasına, həmçinin israfçılığın və əsassız xərclərin qarşısının alınmasına xidmət edəcək. Kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və respublika üzrə əhatə dairəsinin genişləndirilməsi fonunda məcburi köçkünlərin dislokasiyasının dəqiqləşdirilməsi, növbəti illərdə mövcud meyillərin təhlili nəticəsində kommunal xidmətlər üzrə norma və tariflərin regional diferensiasiyasının tətbiqi büdcə vəsaitlərinin səmərəli istifadəsinə səbəb olacaq".

Qeyd olunub ki, hər il Hesablama Palatası fəaliyyəti ilə bağlı hesabatı Milli Məclisə təqdim edir: "2016-cı il üzrə hesabatında da Hesablama Palatası büdcə vəsaitlərinin səmərəli və ünvanlı istifadəsi ilə bağlı təkliflərini hesabata daxil edəcək".

Xəbərlər     Baxılıb: 7777   Tarix: 28 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA

Hər dörd nəfərdən biri psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün heç bir addım atmır. xəbər verir ki, "Independent" nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyada Mental Health Foundation təşkilatının sifariş

.

Diş əti xəstəliyi "Alzheimer" riskini artıra bilər

"Alzheimer" xəstəliyi ilə bağlı aparılan yeni araşdırmalar ağız və diş sağlamlığının əhəmiyyətini bir daha gündəmə gətirib. Mütəxəssislərin fikrincə, diş əti xəstəliklərinə səbəb olan bakteriyalar "Alzheimer"

.

Bunu için, xərçəngdən QORUNUN

Şalğam uzunömürlülüyə kömək edir. xəbər verir ki, diyetoloq və endokrinoloq Marina Lazurenko şalğamın sağlamlıq üçün inanılmaz dərəcədə faydalı, ucuz bir qida olduğunu izah edib. O qeyd edib ki, xüsusilə, kök bitkisi dama

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Mədəniz narahatdırsa, bunları edin

Şişkinlik hiss etdikdə düzgün qidaları seçmək həzm sistemini rahatladır və qaz yığılmasını azaldır.  xəbər verir ki, bəzən az yesəniz də mədədə narahatlıq, sanki hədsiz yemiş kimi hiss edirsiniz. Bu vəziyyətdə qidalanmağınız

.

Arıqlama iynələri möcüzədirmi?

Arıqlama iynələri son dövrün ən çox danışılan sağlamlıq trendlərindən biridir. Bəs bu dərmanlar həqiqətən möcüzədirmi və qalıcı çəki itkisi üçün təkbaşına kifayətdirmi? Yoxsa düzgün planlaşdırma və nəzarət olmadan istifad

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilər

Günün sonunda bədənimiz yorğun olsa da, zehnimizin hələ də "qaçmağa" davam etməsi çoxumuza tanış bir haldır. Yatağa uzanırıq, bədən hazırdır, amma beyin hələ də görüləcək işlər siyahısında gəzişir. Məhz buna gör

.

Portağalın hansı faydaları var?

Portağal sağlamlıq üçün ən faydalı meyvələrdən biri hesab olunur.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, portağal C vitamini ilə zəngin olduğundan immun sistemini gücləndirir və orqanizmi müxtəlif infeksiyalar

turlar.az

yemek reseptleri sade makiyaj sekilleri həkim məsləhəti qaraqoyunlu dərəsi dogusdan sonra matkanin yigilmasi silikon dodaq məmməd ismayıl kosmetika baldiza aid hakisda kahfe fali hakista sozler dostluq baldiz