SON DƏQİQƏ! Sovetskidə binada dəhşətli yanğın, 10 yanğınsöndürən maşın... - FOTO
Paytaxtın "Sovetski" adlanan ərazisində güclü yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun verdiyi məlumata görə, hadisə Şahmat məktəbinin yaxınlığında qeydə alınıb.
3 mərtəbəli yaşayış binasında başlayan yanğının miqyası hazırda böyüyüb. Hadisə yerinə 10 yanğınsöndürən maşını və çox sayda canlı qüvvə cəlb olunub.
Məlumata görə, yanğının güclənməsində səbəb həmin binanın taxta konstruksiyadan ibarət olmasıdır.
Mənbə: trend
f Paylaş