SON DƏQİQƏ! Xərçəngdən əziyyət çəkən ƏMƏKDAR artist Azərbaycanı həmişəlik TƏRK etdi - FOTO
Uzun müddətdir ki, Türkiyədə qızının yanında yaşayan əməkdar artist Kubra Əliyeva bügünlərdə Azərbaycanda olarkən bu sözləri deyib.
Aktrisa yenidən geri birdəfəlik qayıdacağını bildirib:
"Azərbaycana əzizlərimi görmək üçün gəldim. Nəvələrimlə görüşdüm. Sabah Gəncəyə – valideynlərimin, qardaşlarımın qəbrini ziyarət etmək üçün gedəcəyəm. Sonra yenidən Türkiyəyə qayıdacağam. Artıq Bodrumun Milas şəhərində ev almışam, qızımla, nəvəmlə orda yaşayacağam. Oranın havası mənə düşür, özümü razhat hiss edirəm. Ara-sıra Azərbaycana da gələcəyəm".
Aktrisa səhhəti ilə bağlı bunları deyib:
"Özümü yaxşı hiss edirəm, amma mütəmadi olaraq, müayinələrə gedirəm. 7 ildir ki, bu xəstəliklə mübarizə aparıram. Hələ ki, babatam, hər şey Allahın əlindədir. Nə vaxta qədər ömür yazıbsa, o vaxta qədər yaşayacağam".
Əməkdar artist səhnəyə qayıtmayacağını da deyib:
"42 il səhnədə can qoydum, indi xəstəliyimlə bağlı səhnəyə çıxmıram. Heç səhnəyə çıxmaq fikrim də yoxdur, çünki səhhətimi qorumalıyam, indi o halda deyiləm. Onu da deyim ki, Bakıda sənət dostum Telman Əliyevin və gözəl sənətkarımız Qəndab Quliyevanın ölüm xəbərini eşidib, çox sarsıldım".
Qeyd edək ki, Kubra Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkir.
Mənbə: Yeniçağ









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin