Son illər xanımlarda ən çox yayılan bəla

Son illər xanımlarda ən çox yayılan bəlaMüasir dövrdə tibb elminin ən çox yayılan problemləri arasında mastopatiya birinci sıralardadır. Mastopatiya yunan sözü olub "mastos" döş, patos xəstəlik deməkdir. Yaxın vaxtlara kimi mastopatiya yalnız 40 yaşdan yuxarı olan qadınlarda aşkarlanırdı. İndi isə bu xəstəliyin yaş həddi nəzərə çarpacaq dərəcədə çavanlaşıb. İndi nəinki 40 yaşlı, hətta 18-28 yaşarası gənclərdə də buna rast gəlinir. Antik əfsanəyə görə, bu xəstəlik ilk dəfə ilahə Gerada aşkarlanıb. Döş nahiyəsindəki dözülməz ağrıdan əziyyət çəkən ilahə Geranı tibb Tanrısı Asklepiy müxtəlif otlardan hazırlanan dərmanlarla sağaldıb.
Milli.Az Axşam.az-a istinadən mastopatiya xəstəliyinin yaranma səbəblərini, qarşısını almaq üçün çıxış yollarını təqdime dir:
Müasir dövrdə süd vəzisi xəstəlikləri arasında ən çox yayılanı "ənənəvi" bəla adlandırılan mastopatiya qadınların 60-80 faizində aşkarlanır. O, süd vəzisinin patologiyasıdır. Bu zaman süd vəzilərinin quruluşu dəyişməyə başlayır. Qoltuq altında limfalar düyünlənir, vəzidə süd əmələgətirən hüceyrələr çoxalır. Süd vəziləri birləşərək düyünlənir və bərkiyir.
Mastopatiya iki hissəyə ayrılır:
· Diffuz
· Düyünlü
Diffuz mastopatiyaların ilkin formasıdır. Bu zaman proses vəzin bütün toxumasını əhatə edir. Diffuz forma hər iki süd vəzisində aşkarlanır. Ağrı aylıq tsikl ərəfəsində olan ağrıya bənzəyir. Diffuz mastopatiyası uzun müddət müalicəsiz qaldıqda xoşxassəli şişə çevrilir.
Düyünlü mastopatiya lokal xarakter daşıyır, və bir süd vəzisində olur. Ağrı isə yalnız bir yerdə olur, yəni yayılmır. Çox vaxt isə düyünlü mastopatiya ağrısız keçir.
Bu günə kimi mastopatiyanın tam səbəbi və müalicəsi aşkarlanmayıb. Lakin bir neçə səbəblər tibbə məlumdur:
· Tez-tez abort etdirmək
· Müntəzəm olmayan cinsi həyat tərzi
· Doğuşdan sonra körpəyə süd verməmək (ya da körpəyə uzun müddət süd vermək)
· Gec doğuş
· Stress
· Hormonal pozuntular
Bundan başqa hormonal preparatların özbaşına, həkim məsləhəti olmadan qəbulu da sud vəzilərinin düyünlənməsinə səbəb olur.
İlkin əlamətləri:
· Süd vəzisində lokal və ya yayılmış ağrıların olması
· Aylıq tsikl öncəsi döşlərdə dəyişiklik, narahatedici ağrılar və gərginlik
· Döş giləsindən şəffaf və ya qanlı ifrazatın axması
· Süd vəzisində bərkimə, ödem, qızartı və dartınma hiss olunması
· Sinənin böyüməsi və ya kiçilməsi, formasını dəyişməsi
Həyat tərzini dəyiş:
Mastopatiya zamanı həyat tərzinizi dəyişməlisiniz. Sağlam həyat tərzi keçirtmək vacibdir. Yəni əgər spirtli içkini sevirsənizsə, ondan tamamilə imtina etmək məcburiyyətindəsiniz. Ağır əşya qaldırmamalısınız. İdman etməli, siqaret çəkməməlisiniz. Hətta siqaret çəkən birinin yanında belə dayanmaq düyünün xərçəngə çevrilməsinə səbəb ola bilər. 8 saatdan az yatmamalı, suda çox olmalısınız. Qadınlar həm də pəhriz saxlamalıdırlar. Kofe, kakao və kola içməməlidirlər. Müntəzəm olaraq tərkibində E, C vitaminləri olan qidalar qəbul etməlidirlər.
Milli.Az  / news.milli.az

Xəbərlər     Baxılıb: 1261   Tarix: 09 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

yemek reseptleri geyim seçimi yay kolleksiyasi cinsi isteksizlik sidik yolu infeksiyalari oxsamalar göyəmin faydası kosmetika uşaq şeirləri novruz hakisdalari novruz bayramı rus dili webnem tovuzlu