Soyuq hava xəstələndirmir – Səbəb başqadır
Soyuq havada daha çox xəstələnmək insanların çoxunun inandığı bir haldır. Lakin mütəxəssislər bildirir ki, əslində, soyuq hava birbaşa xəstəlik yaratmır.
Niyə qışda daha çox xəstələnirik?
Milli.Az xəbər verir ki, soyuq hava immun sistemini zəiflətmir, lakin insanlar daha çox qapalı məkanlarda vaxt keçirdiyi üçün virusların yayılması asanlaşır.
Havalar soyuduqda rütubət azalır və bu, virusların havada daha uzun müddət qalmasına səbəb olur.
Burun yollarının soyuğa məruz qalması mukozanın qurumasına və viruslara qarşı müdafiənin zəifləməsinə səbəb ola bilər.
Bəs xəstəliklərdən qorunmaq üçün nə etməli?
Əlləri tez-tez yumaq və gigiyenaya diqqət etmək
İnsanlarla sıx təmasdan çəkinmək
Bağlı məkanları mütəmadi havalandırmaq
Düzgün qidalanmaq və kifayət qədər yatmaq
Mütəxəssislər vurğulayır ki, soyuq hava deyil, viruslar xəstəliyə səbəb olur. Bu səbəbdən qış aylarında gigiyenaya və immun sistemini gücləndirməyə diqqət yetirmək daha vacibdir.
Fidan
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi