Soyuq havada dərinizə bu PİSLİYİ ETMƏYİN!

Soyuq havada dərinizə bu PİSLİYİ ETMƏYİN!Soyuq havanın təsiri nəticəsində həm dəri nəm balansını itirir, həm qabıq verir, həm qızarır, həm də təravətini itirməyə başlayır. İstilik sistemlərinin qızdırdığı evdən və ya ofisdən qəfil soyuq havaya çıxmaq dərinin qurumasına yol açır. Çoxları çıxış yolunu vazelində görür. Lakin mütəxəssislər üz dərisinə vazelin sürtməyi məsləhət görmür.
Publika.az oxucuları xüsusilə qış mövsümündə dəriyə xeyirdən çox zərəri verən məqamlarla tanış edib.
Aşağı temperatur dərinin piy maddəsini azaldır, bu da əllərin və üzün həssaslaşmasına səbəb olur. Bu dövrdə dəri tipinə uyğun kremlər istifadə etmədikdə dəri məsamələrinin genişlənməsinə mane ola bilməyəcəksiniz. Nəticədə dəridə qara nöqtələr çoxalacaq. Məsamələri kiçiltməksə ümumiyyətlə çox çətin işdir.
Sızanaqlara pilinq tətbiq etmək
Sızanaq və qara nöqtələri pilinqlə yox edəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Əksinə, pilinq həssaslaşmış dəriyə daha mənfi təsir göstərəcək, hətta iltihablanmasına səbəb olacaq. Sızanaq yaranmasının qarşısını almaq üçün iltihab önləyici və sızanaqları qurudan məhsullar alıb problemli hissələrə sürtün. Əlbəttə ki, dəri təmizliyinə diqqət etməyi unutmayın.
Həddən artıq baxım
Çoxları üz kreminin soyuqlarda təsirli və qoruyucu vasitə olmadığı düşüncəsi ilə onlardan istifadə etmir. Halbuki, dəri nəmləndirici kremlərə qışda daha çox ehtiyac duyur. Bununla belə dəriyə hədəndən artıq qulluq etmək də zərərli vərdişdir. Dəriyə bir neçə müxtəlif nəməndirici krem çəkməklə məsamələrin tamamilə tıxanmasına, dolayısı ilə dəri xəstəliklərinə yol açır. Eləcə də yeni-yeni baxım məhsulları sınaqdan keçirmək üçün qış mövsümü əlverişli deyil. Həmin məhsullara qarşı allergiyanız oub-olmadığından dəqiq əmin olmalısınız. Odur ki, qış aylarında mütəmadi olaraq istifadə etdiyiniz məhsullar alın.
Günəşin mənfi şüalarından qoruyan SPF tərkibli kremlər
Günəş şüaları qış aylarında dəriyə daha mənfi təsir göstərir. Odur ki, qarlı və şaxtalı havalarda dağ-xizək kurotlrına üz tutanda özünüzlə mütləq SPF tərkibli nəmləndirici kremlər aparın. Çünki dəri ani temperatur dəyişikliklərinə və UV (ultrabənövşəyi) şüalarına məruz qaldığı üçün hər zamankından daha həssas olacaq. Mütəxəssislər soyuq qış günlərində ən az 15 dərəcəli qoruyucu faktoru olan məhsullar istifadə etmək lazım olduğunun vurğulayır.
Göz kənarlarına diqqət
Qış aylarında göz ətrafına xüsusi diqqət göstərmək lazımdır. Çünki bu hissədəki dəri olduqca nazik olur. Dəyişkən qış havası gözlərin asanlıqla yaşarmasına, daha sonra göz kənarlarında qurumasına və dərinin çatlamasına səbəb olur. Nəticə etibarı ilə bu hissənin ayrıca göz məhsullarına ehtiyacı var. Dəri qurudan gel məhsullardanda uzaq durmaq, C vitamin və jojoba yağı ehtiva edən məhsullar istifadə etmək daha məqsədəuyğun olardı.

Xəbərlər     Baxılıb: 1418   Tarix: 21 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

turlar.az

sade makiyaj sekilleri gelinlikler makiyaj instagram frans subert haqqinda sonsuzluq bilincik resepti sulu yeməklər kosmetika arxadan olmag gülməli hakıştalar banan turpun nağlı baldiza aid hakisda