Soyuq havalarda insan orqanizmində bu dəyişikliklər baş verir

Soyuq havalarda insan orqanizmində bu dəyişikliklər baş verirSoyuq havalarda insan orqanizmində bəzi dəyişikliklər baş verir. Onlardan biri budur ki, insan dodaqlarını tez-tez dili ilə isladır, çünki quru və soyuq havada dodaqlar tez tez quruyur. Sadəcə ağız suyu tez buxarlanır, amma içərisindəki fermentlər buxarlanmır və dodaqların üzərində qalaraq çatlar əmələ gətirir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri reanimatoloq və anestezioloq Şahin Məmmədov deyib. Qarın insan bədəninə təsirindən danışan mütəxəssis əlavə edib ki, dişlərdə əvvəlcədən olan problemlər xüsusilə soyuq aylarda üzə cıxır. Karies olan dişə soyuq su dəydikdə necə ağrı hiss etdiyinizi xatırlayın.
"Həmçinin miqren ağrıları da soyuq havalarda artır. Soyuqdan isti evə girmək və əksinə isti evdən soyuq havaya çıxmaq, həmcinin soyuq havalarda artan susuzluq miqreni tətikləyir.
Kimdə şəkərli diabet varsa, soyuq havalarda qanda qlükoza miqdarı artacaq. Çünki soyuq bizim üçün stress faktorudur. Stress hormonu olan kortizol insulinə qarşı rezistentliyi artırır. Şəkər xəstələri özlərinə nəzarəti artırmalıdırlar.
İnsanlarda susuzluğa qarşı hissiyyat azalır. Nəticədə dehidratasiya riski artır. Susuzluq+ quru soyuq hava dərini daha da qurudur. Bu xüsusən üz nahiyəsində, əllərdə qırışların əmələ gəlməsinə səbəb olur.
Dəri altında boz piy toxuması artır. Ağ piy toxuması insanın ehtiyyat enerji mənbəyidirsə, boz piyin əsas funksiyası istilik əmələ gətirməkdir. Boz piy toxuması insanı soyuğa qarşı davamlı edir, lakin insanlarda çəkinin artmasına səbəb olur".
Mütəxəssis qeyd edib ki, soyuqda əzələlər daim gərgin vəziyyətdə olur, onlara qan axını zəifləyir:
"Əzələlər soyuq və az elastik olur. Əgər idman edirsizsə, sizin travma almaq ehtimalınız yüksəlir.
Soyuq havalarda insanlar qapalı yerlərə çəkilir. Məsələn, avtobusda gedərkən pəncərəni kip bağlayırlar. Nəticədə hava damcı yolu ilə keçən infeksiyalar artır. Evlərin də pəncərələri kip bağlandığı üçün evdə radon qazının səviyyəsi artır və bu özünü yorğunluq və baş ağrısı ilə göstərir".
Milli.Az

Xəbərlər     Baxılıb: 939   Tarix: 14 yanvar 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

toy makiyaji sekilleri hamilelikde qidalanma yay geyimləri 2026 ciy kartofun faydasi atalar sozleri veten haqqinda veten haqqinda bayati gundelik burcler kosmetika yemek reseptleri vətənə aid atalar sözləri öpüşme veten haqqinda bayatilar vətən haqqında bayatılar