Soyuq havalarda necə qidalanmaq lazımdır?

Soyuq havalarda necə qidalanmaq lazımdır?Son günlər havanın temperaturu kəskin şəkildə aşağı düşüb. Belə havalarda immunitet sistemi nisbətən zəifləyir, insanlar müxtəlif xəstəliklərə yoluxurlar. Əlbəttə, bu cür havalarda qidalanmaya xüsusi diqqət yetirmək lazımdır.
Maraqlıdır, görəsən, soyuq havalarda necə qidalanmalıyıq?
Milli.Az lent.az-a istinadən bildirir ki, məsələ ilə bağlı qida üzrə baş mütəxəssis Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, havaların soyuması ilə əlaqədar insanlar xəmir yeməklərinə daha çox meyilli olurlar.
Onun sözlərinə görə, əvvəllər köhnə əl dəyirmanları mövcud idi və bu dəyirmanlarda insanlar tərkibi vitamin eləcə də minerallarla zəngin olan un üyüdürdülər:
"Həmin unun həzm prosesində rolu böyük idi. Əgər, istehlak etdiyimiz un tam buğda unundan hazırlanırsa, heç bir təhlükə yoxdur. Bu, qidanın həzm sistemində metobolizmanın sürətlənməsinə səbəb olur. Hazırda insanlar ictimai iaşə müəssisələrində cürbəcür xəngəl növlərinə və xəmir yeməklərinə üstünlük verir. Xəmir yeməkləri emal olunmuş undan hazırlanır. Bu da boş karbohidrat sayılır. Bu kimi qidalar həzm prosesində ağırlıq yaradır, heç bir vitamin, mineral, lif ehtiva etmir. Emal olunmuş undan hazırlanan qidaların istehlakı piylənməyə, mədəaltı vəzin yüklənməsi, ürək və qan-damar sistemində problemlərin yaranmasına səbəb olur. Məhz bu səbəbdən həmin qidaları həftədə 2 dəfə yemək məsləhətlidir".
Ağa Salamov həmçinin qeyd edib ki, soyuq havalarda insanlar mövsümi meyvə-tərəvəzlərə üstünlük verməlidir:
"Çünki mövsümündə yetişən hər bir meyvə və ya tərəvəz genetik kodlarımızla uyğunlaşır. Payızda xüsusilə nar, heyva və feyxoa kimi meyvələrə üstünlük vermək lazımdır. Çünki xəngəl mədəni doldursa da, immuniteti gücləndirmir. Amma mövsümi meyvə-tərəvəzlərin istehlakı orqanizmdə sərbəst radikallara qarşı qalxan yaradır və immun sistemini gücləndirir. Payız fəslində çay daha çox istehlak edilməlidir. Xüsusilə, müxtəlif növ otlardan hazırlanmış çaylar içilməlidir.
Bundan əlavə, qida rasionuna ət, balıq, toyuq kimi qidaların əlavə edilməsi məsləhətlidir. Belə ki, skrumbiya və salmon balıqlarının kürək hisssəsində oliqomer zülalı yerləşir. Bu zülal xüsusilə uşaqlarda boy artımı üçün çox faydalıdır. Yağlara gəldikdə isə qış aylarında quyruq yağının istehlakı çox faydalıdır. Quyruq yağında heç bir xolesterin olmur. Ümumiyyətlə heyvan mənşəli məhsullar ya quyruq yağında, ya da kərə yağında bişməlidir. Həmçinin salatlarda xüsusilə zeytun yağı istifadə olunmalıdır. Çünki zeytun yağının bağırsaq florasına və mədəyə böyük faydaları var".
Milli.Az

Xəbərlər     Baxılıb: 1050   Tarix: 15 oktyabr 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim necə seçməli hamiləlik reseptler agardici maskalar resepti uz maskalari 2026 hicab geyimləri geyim qaydaları kosmetika usaq geyimleri muellim seiri tapmaca qadin.az dolça