Soyuqdəymə zamanı bu çayları için

Soyuqdəymə zamanı bu çayları için1) Ballı-limonlu çay.
Bir qədər soyumuş çaya 1/2 çay qaşığı limon şirəsi və 1 çay qaşığı bal əlavə edin.

2) Qripin qarşısını alan çay.
İki filtr-bağlama Teaqrip 1 stəkan qaynar suda 15-20 dəqiqə ərzində dəmlənilir, süzülür, dəmləməyə 1 çay qaşığı təbii bal əlavə olunur. Qripin başlanğıcında bu çayı gündə 4-5 dəfə içdikdə infeksiyanın inkişafı ləngiyir, əlamətləri azalır, qrip artıq baş veribsə sağalma sürətlənir.

3) Moruqlu-cökəli çay.
1 xörək qaşığı cökə çiçəkləri 1 stəkan qaynar suda dəmlənilir və 10 dəqiqədən sonra süzülün. Daha sonra 1-2 çay qaşığı moruq mürəbbəsini əlavə edin və qəbul edin.

4) Meyvə qurularından kompot.
Alma, armud, qara gavalı, ərik quruları, kişmiş yaxşı yuyulur. Qaynayan suya əvvəlcə alma və armud quruları, 20 dəqiqə qaynadıqdan sonra gavalı, axırda isə ərik qurusu və kişmiş əlavə edilir. Bir qədər soyuduqdan sonra kompota bir az bal və limon şirəsi əlavə etmək olar.

5) Zəncəfilli-limonlu çay.
Yarım çay qaşığı xırdalanmış zəncəfil kökləri, hərəsindən 1 çay qaşığı limon şirəsi və bal, bir çimdik darçın stəkanda qarışdırılır, üzərinə çox qaynar olmayan isti su əlavə olunur. Həmin çay orqanizmi isidir, tərlədir və mikroblarla mübarizədə kömək edir.

6) Bitki çayların qarışığı.
İmmunotea və Teasept çaylarının hərəsindən 1 filtr-bağlama 1 stəkan qaynar suda 15-20 dəqiqə ərzində dəmlənilir, gündə 3-4 dəfə yeməkdən əvvəl içilir. Dəmləmə tərlədir və qızdırmanı salır, həm də orqanizmin müqavimətini gücləndirərək soyuqdəymənin qarşısını alır.

7) Çobanyastığı çayı.
Hərəsindən 1 çay qaşığı olmaqla çobanyastığı və cökə çiçəkləri 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənilir və süzülür. Qəbul etdikdən əvvəl dəmləməyə 1 çay qaşığı bal əlavə edin.

8) Exinaseya çayı.
1 xörək qaşığı exinaseya otunun üzərinə yarım litr qaynar su əlavə olunur və termosda 5-6 saat ərzində dəmlənilir. Dəmləndikdən sonra gündə 3 dəfə 1/3 stəkan qəbul edilir. Exinaseya çayı immun sistemi gücləndirir, virus və bakteriyalarla mübarizədə kömək edir.

9) Minerallı isti süd.
Qələvi mineral suyunun qapağı açılır və 1 saat ərzində tərkibində olan qazların xaric olması üçün gözlənilir. İnək südü isidilir və mineral su ilə yarıbayarı qarışdırılır. İlıq şəkildə içildikdə bu qarışıq bəlğəmin xaric olunmasını asanlaşdırır.

10)Sarımsaqlı süd.
Sarımsaq qabığından soyulur, əzilərək şirəsi çıxarılır. 1 stəkan isti südə 10 damcı sarımsaq şirəsi əlavə olunur və gecə yatmazdan əvvəl içilir. Belə süd orqanizmə bakterisid və virus əleyhinə təsir göstərir.

11) Çuğundur şirəsi.
Çuğundur sürtgəcdən keçirilir, şirəsi sıxılır və gündə 3-4 dəfə 3 damcı burun dəliklərinə damızdırılır. Zökəmin müalicəsində ən yaxşı vasitələrdən biri hesab olunur.

12) İtburnu çayı.
Qurudulmuş itburnu meyvələri xırdalanır, 5 xörək qaşığı götürülərək termosda 1 litr qaynar suda dəmlənilir və gün ərzində fasilələrlə içilir.
Mənbə: Herba Flora jurnalı

Sağlamlıq     Baxılıb: 5917   Tarix: 15 sentyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

geyim necə seçməli aksessuarlar qadın geyimi əqrəb bürcü viktoriya sekret məlhəmlər toy dəbi kosmetika veten haqqinda atalar sozleri vətən atalar sözləri ağır itki turpun nağlı