"Söz verilməmişdi, mikrofonu özümə tərəf çəkib danışdım" - Afaq Bəşirqızı

"Söz verilməmişdi, mikrofonu özümə tərəf çəkib danışdım" - Afaq BəşirqızıXəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Görüşdə xalq artisti Afaq Bəşirqızı prezidentdən aktyorların maaşının qaldırılmasını təklif edib: "canım Prezidentim, çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin. Aktyorlarımızın mənzil şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük, indi bizim Sizdən heç nə tələb etməyə ixtiyarımız yoxdur. Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun hamısını bilirik və başa düşənlər bunu bilirlər. Amma çox xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri İttifaqının inkişafı ilə bağlı yeni konsepsiya hazırlanmalı, yeni işlər görülməlidir. Çünki teatr xadimlərinin Teatr Xadimləri İttifaqına həqiqətən də çox böyük ehtiyacı var."

A.Bəşirqızının aktyorların maaşı ilə bağlı təklifi sosial şəbəkələrdə, həmkarları tərəfindən çox müsbət qarşılanıb və ciddi müzakirələrə səbəb olub.

Afaq Bəşirqızı Unikal.org-a prezident və xanımı ilə keçirilən görüşdən danışıb.

"Vallah mənə söz verilməmişdi. Çıxışlarda şəxsi ambisiyalar çox idi. Ona görə, mikrafonu özümə tərəf çəkib danışdım. Ölkə başçısı və onun ailəsini çox sevirəm. Bilirəm ki, onların işləri çoxdur. Onu da bilirəm ki, onlara çox şeylər düzgün çatırılmır. Ona görə, mikrafonu özümə tərəf çəkib, ürəkdən gələn sözlərimi cənab prezidentə və xanımına çatdırdım. Başa düşürsüz? Aktyorların sosial durumu hər zaman məni düşündürüb. Axı, Afaq Bəşirqızı tək deyil? Mən hər zaman demişəm, iki-üç nəfərə göstərilən qayğı ümumi teyatıra göstərilən qayğı demək deyil. Çünki bir günlə bahar olmaz. Aktyor tək səhnədə heçnə edə bilməz. Aktyorun ətrafı olmalıdır. Hazırda aktyorlarımız çox pis vəziyətdədir".

Afaq Bəşirqızı deyib ki, dünən axşam aktyorların maaşı ilə bağlı Mədəniyyət Nazirliyindən ona məlumat verildiyini də deyilib: "Mənə dünən axşam nazirlikdən zəng gəldi. Bildirildi ki, aktyorların maaşı 50 faizə qədər qaldırılması nəzərdə tutulur. Bu çox böyük dəstəkdir. Ölkə başçısının aktyorlarımıza, sənət adamlarımıza çox böyük dəstəyidir".

Xalq artisti həmçinin əlavə edib ki, təkcə aktyorların deyil, bu sahədə çalışan texniki heyətin də maaşları qalxacaq: "Düzdür maaşlar fərqli artır. Amma, ən azı 100-150 manat maaşlar artacaq. Mən yenə də deyirəm. Bütün məmurları başa düşürük. Müharibə şəraitində 5-10 nəfər incəsənət xadimini qorumaq mümkündür. Mən çıxışımda hamını qorumağı təklif elədim. Artıq o, imkansızlara da əl tutmağın vaxtı çatıbdır. Bəziləri orda təklif elədi ki, lazım deyil burada nəisə xahiş etmək, gəlin ancaq tərifləyək. Bu olmaz".

A.Bəşirqızı xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın sözügedən tədbirdə "yoldaşlardan xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" fikirlərini də şərh edib: "O dediyi sözün fərqinə varmadı. Yəni dedi ki, bu qədər işlər görülür. Vətən gözəlləşir. Zeynəb xanım dedi ki, ancaq tərifləyin. Amma, biz ancaq çox sağ ol deməklə öz təkliflərimizi bitmiş hesab etməməliyik. Hamı bilir ki, cənab prezident Azərbaycanın inkişafı üçün çox işlər görür. Amma, bu inkişafla yanaşı, təkliflərimizi də verməli, mövcud olan problemləri deməliyik".

Xəbərlər     Baxılıb: 1620   Tarix: 02 mart 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR

Gündəlik həyatda zərərsiz görünən bəzi vərdişlər ağciyər üçün ciddi risk yarada bilər. -ın məlumatına görə, siqaret tüstüsü ilə yanaşı, evdə paltar qurutmaq, kondisionerlərin təmizlənməməsi və güclü kimyəvi təmizləyicilərdə

.

Yeməkdən əvvəl, yoxsa sonra su içmək daha doğrudur? - Mütəxəssislər açıqlayır

Gündəlik həyatda tez-tez müzakirə olunan suallardan biri də suyun yeməkdən əvvəl, yoxsa sonra içilməsinin daha faydalı olmasıdır. Mütəxəssislər bildirirlər ki, bu məsələ orqanizmin xüsusiyyətlərindən və qidalanma vərdişlərində

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

.

Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma

Havanın çirklənməsi qidalanma və fiziki aktivlik dəyişməsə belə, bədəndə piyin artmasına və əzələ kütləsinin azalmasına səbəb ola bilər. xəbər verir ki, Balear Adaları Sağlamlıq Araşdırmaları İnstitutunun alimləri İspaniyad

.

Bunu için, xərçəngdən QORUNUN

Şalğam uzunömürlülüyə kömək edir. xəbər verir ki, diyetoloq və endokrinoloq Marina Lazurenko şalğamın sağlamlıq üçün inanılmaz dərəcədə faydalı, ucuz bir qida olduğunu izah edib. O qeyd edib ki, xüsusilə, kök bitkisi dama

.

Mədəniz narahatdırsa, bunları edin

Şişkinlik hiss etdikdə düzgün qidaları seçmək həzm sistemini rahatladır və qaz yığılmasını azaldır.  xəbər verir ki, bəzən az yesəniz də mədədə narahatlıq, sanki hədsiz yemiş kimi hiss edirsiniz. Bu vəziyyətdə qidalanmağınız

.

Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun

Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, kardiologiy

turlar.az

yaz geyimleri 2026 həkim məsləhəti qadin dunyasi qadın sinəsi karolın ve gızlı dunya ızle qadın müdafiəsi hamiləliyə hazırlıq kosmetika nagillar insan sekis atalar sözləri novruz bayramina aid hakistalar