Spazmolitik təsirə malik bitki

Spazmolitik təsirə malik bitkiDişlərin arasına dolan yemək qalıqlarını təmizləmək üçün indi xüsusi vasitələr var. Çırtlanmış tum qabığını xatırladan dişqurtlayan meyvələrinin çəyirdəyi bəlkə də bu sahədə ən təbii vasitədir. Ehtimal ki, bitkinin adının yaranmasında da bu amil əsas rol oynayıb. Əks halda, nə bitkinin boy-buxunu, nə də ağappaq çiçəkləri ilə adı arasında heç bir əlaqə tapmaq mümkün olmazdı. Dişqurtlayanın ağappaq çiçəklərinin başçatladan xoşagəlməz qoxusu olur və bu kəsif qoxu hər kəsi ondan aralı gəzməyə vadar edir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dişqurtlayanın əsas maddəsi kellin spazmolitik təsirə malikdir. O damarların, bağırsağın, sidik və öd kisəsinin divarlarının tonusunu azaldır, bronxları və ürəyin vena damarlarını genişləndirir. Bitki dərinin ultrabənövşəyi şüalara qarşı həssaslığını artırır.
Dişqurtlayan tibdə spazmolitik təsir göstərən vasitə kimi ürəyin stenokardiya xəstəliyində, göyöskürək, bronxial astma, mədə və bağırsaq spazmalarında, həmçinin ürək arteriyalarını genişləndirən vasitə kimi aterosklerotik kardioskleroz və xroniki ürək çatışmazlığında istifadə edilir. Onun meyvəsindən alınan preparat həb formasında buraxılır. Nitroqliserinə oxşar təsir göstərir, lakin ondan fərqli olaraq stenokardiyanın ağrılı tutmalarını aradan qaldırmır, tez təsir etmir, lakin xroniki ürək çatışmazlığında kellinin müalicəvi təsiri uzun müddət davam edir.
Onu da qeyd edək ki, kellini uzun müddət istifadə edildikdə və ya dozası çox olduqda ürəkbulanma, qusma, ümumi əhval-ruhiyyənin pozulması, dəridə allergik səpgilərin əmələ gəlməsi kimi mənfi hallar baş verə bilər. Qan dövranı pozğunluğunda kellindən istifadə etmək olmaz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1244   Tarix: 01 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

sade makiyaj sekilleri qadin dunyasi geyim dəbləri dunyanin en seksual qadinlari günel facebook bəxtiyar vahabzadə ana şeiri xalq mahnilari sozleri kosmetika sağlamlıq yemek reseptleri bayatilar bayatılarımızda vətən həsrəti səməd vurğun