STOMATİT: əmələ gəlmə səbəbləri və müalicəsi
Stomatit - ağız boşluğunun selikli qişasının iltihabıdır.
Bu xəstəliyə həm uşaqlarda, həm böyüklərdə çox tez-tez təsadüf edilir. Stomatit zamanı ağız boşluğunun selikli qişasında kiçik ağrılı yaralar əmələ gəlir.
Stomatitin səbəbləri müxtəlif ola bilər:
- Bakteriyalar stomatitin inkişafına səbəb olur. Bu gigiyena qaydalarına riayət etməməsi, immun sistemini zəifləməsi, ağız boşluğu selikli qişasının travmaları (dişlədikdə, diş yuduqda və s.) zamanı mümkündür.
- Göbələk infeksiyası (uşaqlarda tez-tez təsadüf edilir).
- Virus (əsasən herpes virusu).
- Allergiyalar (qidaya, diş pastasına qarşı) da stomatitin tez-tez inkişafına səbəb ola bilər.
- Bəzi xəstəliklər (leykemiya - qan xərçəngi, Bexçet sindromu və s.), B qrupu və C vitaminlərinin çatışmazlığı da stomatitin inkişafına səbəb ola bilər.
- Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu stomatitin inkişafına səbəb ola bilər. Bu dərmanların arasında: antibiotiklər, epilepsiya əleyhinə preparatlar, xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərmanlar və s.
Stomatitin simptomları:
- Ağızın selikli qişasında ağrılı xoralar (1 mm-dən 10 mm kimi).
- Qida qəbulu və danışıq zamanı ağrılar və diskomfort.
- Ağızın selikli qişasının qızarması.
- Ağızdan pis qoxu.
- Bəzən hərarətin yüksəlməsi.
Əgər stomatit yüksək hərarət, dəridə suluqların əmələ gəlməsi və s. simptomlarla müşayiət olunarsa, mütləq həkimə müraciət edin.
Tez-tez təkrarlanan stomatit immun sistemində olan pozulmadan xəbər verə bilər.
Stomatitin müalicəsi bu xəstəliyin səbəbindən asılıdır. Müalicə zamanı yerli (qarqaralar, məlhəmlər, xüsusi antiseptik preparatlar və s.) və ümumi müalicə (antibiotiklər, hormonal preparatlar və s.) təyin olunur.
Stomatit zamanı ağız boşluğunun selikli qişası iltihablaşmış olur. Bu səbəbdən xəstə xüsusi pəhriz saxlamalıdır. Qida yumşaq, yüngül, ilıq olmalıdır (tərəvəz püreləri, supları). Şirin, istiotlu, turş, isti, qızardılımış qidalar, qəhvə, şokolad əks-göstərişdir.
Bəzi xalq təbabəti üsulları stomatit zamanı çox yaxşı müalicəvi effekt verir. Çobanyastığı dəmləməsi ilə qarqara çox effektlidir. Dəmləməni hazırlamaq üçün 1 stəkan qaynar suda 1 xörək qaşığı çobanyastığı dəmlənilir və 30 dəqiqədən sonra süzülür. Bu dəmləmə ilə ağız boşluğunu tez-tez qarqara etmək lazımdır.
Kalendula bitkisi də çox yaxşı təbii antiseptikdir.
Propolis dəmləməsi ilə qarqara da çox yaxşı kömək edir. Propolisin kiçik tikəsini sürtgəcdən keçirdib 1 stəkan qaynar suda dəmləyin və tez-tez qarqara edin.
Saglamolun.Az
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız
Kainat gözəli' qayınanası tərəfindən öldürüldü
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Bu dərmanlar qarın ağrısı yarada bilərlər
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ