Stresdən mədə xorası və qastrit əmələ gəlir?– Qastroenteroloq açıqlaması

Stresdən mədə xorası və qastrit əmələ gəlir?– Qastroenteroloq açıqlamasıXəstəliklərin çoxu əsəb və stresdəndir. Bəli düzdür. Hətta mədədə qastrit, xora da, mədə-bağırsaq pozulmaları da sinir mənşəli ola bilər. Bir çox mədə xorası xəstələri olub ki, məsələn, yaxının ölümündən və itkisindən sonra qastrit, xora, hətta qanayan xora problemi ilə rastlaşıblar.
Milli.Az medicina.az-a istinadən bildirir ki, dünya qastroenteroloqlar birliyi özünütəcrid, karantin dövrünün stresi, həyəcanının mədəyə təsirsiz ötüşməyəcəyini bildirib.
Depressiya, təşviş, virusa görə qorunmaq tədbirləri, özünü gözləmə, orqanizmin daim hücum rejimində olması həzm sistemində dispepsiya, köp, müxtəlif nahiyələrdə sancı, ağrı, iştahın azalması ilə müşahidə olunur.
Gərgin psixi durum sinirlərin tonusunu artırır, nəticədə mədə şirəsinin sekresiyası normadna artıq ifraz olur, hansı ki, bu şirə turşu və pepsin tərkiblidir və zülalların parçalanması üçün lazımdır. Lazım olduğundan artıq şirə mədə selikli qişasının hüceyrələri üçün çox aqressivdir, ona görə mədədə stress xorası əmələ gəlir.
Evdə məcburi qapanma və dərdini, hiss etdiklərini heç kimə deyə bilməmək, doğmalarını da narahat etməmək problemləri içəridə basdırır və bu emosiyalar məzarlığı çox zaman qida borusu,mədə nahiyəsində olur. Evdə stresin təsirindən çox və zərərli yemək, iştaha kontrolun itməsi, fiziki aktivliyin olmaması mədəaltı vəz və qaraciyəri də yükləyir.
Mədəaltı vəzidə iltihab, pankreatit və ya insulin dirənci, qaraciyərdə isə hepatoz yaranır. Bu xəstəliklər çox gizli gedir, heç bir əlamət vermir, zamanla ağırlaşır.
Çoxları virusa görə zəncəfil və sarımsağa sarılıb. Amma bunlar da mədə xorası, qastritini artırır, mədə şirəsini çoxaldır, yaraları dərinləşdirir.
Nə yeməli?
Gündəlik rasionda yağsız mal, toyuq, hind quşu əti,balıq olmalı, sürtgəcdən keçirilmiş tərəvəz salatları və püre şorbalar, süd məhsulları, kərə yağında sıyıqlar, 1-2 ədəd yumurta, sobada bişmiş meyvələr, kompotlar, kisellər, bitki çayları olmalıdır. Tam taxıl və paxlaları köpü və xorası olmayanlar yeməlidir.
Karantindən sonra mədəaltı vəz, qaraviyər yoxlanmalı, mədə və 12 barmaq bağırsaq endoskopik (zondla) müayinə edilməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2035   Tarix: 30 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

turlar.az

gelinlikler qadın geyimi yay geyimləri 2026 dirnaqlara qulluq qaydalari qohum evlilik hamilə geyimləri sifahi xalq edebiyyati haqqinda kosmetika hakışta suni mayalanma webnem tovuzlu uzeyir sac duzumleri