Stresdən xilas olmağın ən mükəmməl yolu
Alimlərin könüllülər üzərində apardıqları eksperimentlər göstərir ki, hətta gündə cəmi iki səhifə oxumaq nəbzi normallaşdırır, əzələləri boşaldır, insanı üst-üstə yığılmış əsəbi gərginlikdən xilas edir. "Healthvesti" portalının bildirdiyinə görə, eksperiment iştirakçıları arasında stresin səviyyəsi bütövlükdə 68% aşağı düşüb.
Milli.Az bildirir ki, Britaniya tədqiqatçıları onu da müəyyənləşdiriblər ki, streslə mübarizədə musiqi, video oyunlar, çay və kofe də müsbət təsir göstərir. Ancaq hətta bütün bu vasitələrin birlikdə təsirindən daha effektlisi isə mütaliədir.
Alimlər qeyd ediblər ki, insanın hansı kitabı oxumasının fərqi yoxdur, əsas odur ki, oxucu müəllifin yaratdığı aləmə daxil olsun və bunun detektiv və ya tarixi roman olmasının heç bir əhəmiyyət daşımır. Əsas odur ki, insan bəyəndiyini oxuyur və bu da onu ətraf aləmdən təcrid edərək stress yaradan amilləri aradan qaldırır. (publika.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir