Stress, əsəb, təşviş ürəyi necə məhv edir? - 3 ay bəs edir ki....

Stress, əsəb, təşviş ürəyi necə məhv edir? - 3 ay bəs edir ki....Deyirlər, bütün xəstəliklərin kökü əsəbdən, sinirdəndir. Bir insan nə qədər uzun müddət gərgin, əsəbi, təşvişli dönəm keçirirsə, onun ürək, qan-damar, beyin və təzyiq xəstəlikləri bir o qədər erkən başlayıb xronikləşir.
Deyilənə görə, 3 ay əsəbi mühit kifayətdir ki, bir çox problemlər başlasın.
Milli.Az xəbər verir ki, bəzən nevroloqlar yanlış olaraq depressiya, nevroz, panik atakın insanı öldürmədiyini deyib, xəstələri axrayın edirlər.
Bəli, panik atak, təşviş zamanı insanın ürəyi çırpınsa da, təzyiqi kəllə çarxa çıxsa da, bu tutmalar onu həmin an öldürmür. Amma bu hallar təkrarlandıqca sonda ürək dözmür.
Bəs nə baş verir ki, əsəb, təşviş ürəyi sıradan çıxarır?
Stress zamanı yuxu pozulur, bu da beynin yüklənməsinə, damarların sıxılmasına, lazımi hormon olan melotoninin sintezinin azalmasına səbəb olur.
Yuxusu pis olan insan pessimist, yorğun olur, iş qabiliyyəti aşağı düşür
Stress və təşviş zamanı baş ağrıyır, tənəffüs pozulur, döş qəfəsində spazmlar olur, həzm orqanlarının işi pozulur.
Ürək nevrozu, mədə nevrozu, bağırsaq nevrozu - yəqin ki, bunlar barədə eşitmisiniz.
Stress hormonal fonu pozur, libidonun səviyyəsini aşağı salır.
Tədqiqatlar göstərib ki, ürəyin işemik xəstəliyi və infarktı olan xəstələrin 80%-də uzun müddətli depressiv vəziyyətlər, asteniya, panik ataklar olub.
Kəskin stress ürəyin ritmini pozur, aritmiya, stenokardiya başlayır.
Alimlər sübut edib ki, hətta ürəyi sağlam olan insan güclü stress, qorxu, itki keçirdikdən sonrakı 6 ayda ciddi ürək xəstəlikləri tutub.
Ən təhlükəlisi xroniki stresdir, yəni bitməyən stress. İnsan emosional durumuna nəzarəti bütünlüklə itirir, nevroz, əsəbi olması ilə barışır, bununla artıq mübarizə aparmır.
Stress, panik atak zamanı qana adrenalin və kortizol çox miqdarda sıçrayır ki, nəticədə ən xırda damarlardan tutmuş venalara kimi spazm və sıxılma baş verir. Damarlar sıxıldıqca qan keçiriciliyi azalır, pozulur, daralma və ya ateroskleroz baş verir.
Zamanla stress bütün qan dövranını yükləyir, ürəyə, beyinə, böyrəklərə normal qan axını baş vermir, gah artan, gah azalan təzyiq də damarlara düşən yükü artırır. Bununla da qan damarlarına bağlı beyin və ürək kimi orqanlar daim gərgin rejimdə çalışır və oksigensizlikdən əziyyət çəkir.
Qan dövranı normal olmayan ürək əzələsi də getdikcə qüvvədən düşür.
Ona görə də əsəbi insanların daha çox infarkt və insult olma riski yüksəlir.
Əgər sizin ürək sarıdan problemləriniz varsa, çox güman ki, əsəbləriniz də sakit deyil.
Nə etməli: stress faktorundan uzaqlaşmalı, bol səyahət etməli, mütləq ildə 2 ay tətilə çıxmalı, həmişə sakitləşdiricilər içməli. Əgər nevroz, panik atak və qorxularla baş edə bilmirsizsə, nevroloq, psixoloq, psixiatr yardımından istifadə etməlisiniz. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1151   Tarix: 10 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

geyim necə seçməli gözəllik məhsulları yay kolleksiyasi geyim qaydaları faydalı qidalar estetik gözəllik stil dərsləri kosmetika ariqla efsaneler uşaq nece olur lakonizm salam