Stress hormonu adrenalinin orqanizmə təsiri...

Stress hormonu adrenalinin orqanizmə təsiri...İndiki dövrdə streslə tanış olmayan bir insan tapmaq mümkün deyil. Həyatın müasir ritmində, hər birimiz bir çox emosional sarsılmalara məruz qalırıq ki, onlar da sağlamlığın uzunmüddətli pozulmalarına səbəb olur.

Adrenalin - stress mexaniminə cavabdeh olan əsas hormondur. Orqanizmdə bu hormon daimi olaraq müəyyən miqdarda var, lakin, stress vəziyyətində beyin böyrəküstü vəzə siqnal göndərir və o, dərhal adrenalinin istehsalına başlayır. Bu hormon, yaranmış vəziyyətə dayanmaq üçün orqanizmi hazırlayır və güclə təmin edir.

Adrenalinin insanın əhvalına təsiri.

Adrenalin qana düşdükdə, ürəyin tez döyünməsi, gözlərin genişlənməsi, enerji axını və bütün hissiyat orqanlarının gərginliyi kimi hallar müşahidə olunur. Bundan əlavə, bağırsaq və bronxların hamar əzələlərinin zəifləməsi, skelet əzələsinin, selikli qişa və dərinin damarlarının daralması, toxuma mübadiləsi və yağ parçanlanması çoxalır.

Məhz yağ toxumasının parçalanması, bir çox emosional insanların arıq olmasına səbəbdir.

Həmçinin qanın tərkibində dəyişikliklər baş verir. Leykositlərin miqdarı artır, trombositlərin aktivliyi çoxalır. Ağrı hissiyatı azalır. Arterial təzyiqin səviyyəsi kəskin artır, ürəyin işinə mənfi təsir göstərir və bir çox hallarda aritmiyaya səbəb olur.

Adrenalin hormonunun insan sağlamlığına təsiri.

Qeyd etmək lazımdır ki, adrenalinin orqanizmə uzunmüddətli atılmasından böyrəküstü vəzin beyin maddələrinin tükənməsi baş verə bilər, bu isə ürəyin gözlənilmədən dayanmasına səbəb ola bilər. Bir çox qərb ölkələrində hər il stress səbəbində ürək damar sistemində pozğunluqların yaranmaına görə milyondan artıq insan ölür.

Bundan əlavə, adrenalinin çoxluğu qanın tərkibində şəkərin miqdarının artmasına səbəb olur. Vaxt keçdikcə qanda laxtalanma çoxalır, bu isə tromb yaranmasına səbəb olur. Qalxanvari vəz yüklənir və orqanizm daha çox xolesterin istehsal edir.

Məhz bu səbəbdən uzunmüddətli və güclü stresslərdən özünüzü qorumanız məsləhət görülür.

Lakin, qeyd etmək lazımdır ki, adrenalinin istehsal olunmadığı bir cür və darıxdırıcı həyat tərzində,depressiya kimi xəstəliyin yaranma təhlükəsi vardır.

Bu məlumatlardan belə qənaətə gəlmək olar ki, ümumilikdə həyatda yaranan bir çox stressli vəziyyətlərdə emosional gərginliyi stabil saxlayaraq, sağlamlığınızın qeydinə qalmaq məsləhətdir. Darıxdırıcı və bir cür həyat tərzinə biraz rəng qataraq xoş və müsbət təsir bağışlayan vəziyyətlərdən də yetərincə həzz almaq mütləq sayılır.

Sağlamlıq     Baxılıb: 1945   Tarix: 10 oktyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

geymler 2026 toy makiyaji sekilleri donlar 2026 veten haqqinda atalar sozu saç tökülməsi dirnaq pilkalamaq hicablı geyimlər kosmetika aydin sani gozde olar maskalar qaynana hakista xanım az