Stress topu olmaq istəmirsinizsə, bunlara diqqət edin

Stress topu olmaq istəmirsinizsə, bunlara diqqət edinUşaq ən stressiz varlıqdır. Niyə? Çünki hər istədiyində rahatlıqla qışqıra bilir. Uşaq həyata belə qışqırmaqla başlayır. Doğuş stressini, adaptasiya stressini azaldır. Doğum edən qadın özü isə istədiyi kimi qışqıra bilmir. Yaranmış stress bədənində qalır. Zamanla uşağa ötürülür. Uşaq ağladıqca, qışqırdıqca sakitləşdirmək istəyirik. Amma səhv edirik. Qoy ağlayıb stressini azaltsın. 
Publika.az xəbər verir ki, bu sözləri tanınmış pediatr Aytən İsmayılzadə deyib. 
Stressin bədənə zərərli təsirlərindən söz açan həkim ondan qorunmağın yollarını izah edib: "Hələ qarşıda böyük həyat var. O qədər içinə atıb susacaq ki. Bəzən ölümüzü də qışqırıb ağlaya bilmirik ki, pis baxarlar. Əsəbiləşəndə də "hisslərinə hakim ol, qışqırmaq olmaz" fikri önə çıxır. Amma bunların hamısı stress qatıdır. Kim qışqırırsa, deyilir ki, əsəbini soyuda bilir. Bəli, elədir. Susqun insanlar daha çox ürək-damar xəstəlikləri tapır, nəinki çılğın, emosional, qışqıraraq hirsini soyudanlar. Uşağa qışqıranda kənardan aldığımız stressi ona ötürürük. Bizi sakitləşdirən olmur. Uşaq qışqırır, bizə mənfilik ötürür, biz bu mənfiliyin təsirindən onu sakitləşdiririk. Yəni özümüzü qoruyuruq. Onlar isə özünü qoruya bilib bizi sakitləşdirə və ya "üstümə qışqırma" deyə bilmir. Uşaq bizim nə dediyimizdən deyil, qışqırdığımızdan təsir alır. Əsəbi olmadan qışqıraraq stressi azaltmaq olarmı? Əlbəttə, olar. Kimsə deyir ki, gedib kənar bir yerdə var gücümlə qışqırmaq istərdim. Yaxşı arzudur. Reallaşdırmaq lazımdır. Gülərkən, əylənərkən, danışarkən qışqırmaq bizi "ədəbsiz" göstərə bilər, amma stressimizi azaldar. Uşaqlar da oynayarkən qışqırır, biz isə "ay uşaq, sakit!" deyib stressli uşaqlar böyüdürük". 
Aytən İsmayılzadənin sözlərinə görə, yoqada, nəfəs terapiyalarında səs tonunu qaldırmaqla müxtəlif səs çıxarmalar mənfi enerjidən azad olmaq, müsbət yüklənmə kimi təqdim olunur: "Stressli bir məsələni sizə uyğun mühitdə qışqıraraq həll etməyə çalışın. Uşağın üstünə qışqıranda onun bu təsirdən özünü qoruma vasitəsi olmadığını düşünün. Uşaqlar qışqıranda dözün. Dözün ki, onlar stressiz olsun. Gülərkən, əylənərkən səsli olun ki, həm də stressiniz azalsın. Doğuş sonrası, görüş, ayrılıq zamanı içinizdən qışqırıb ağlamaq, ya gülmək gəlirsə, belə də edin. Əlinizi ağzınıza tutub gözlərinizi sıxmayın. Stressinizi daxilinizə axıtmayın. Sonra onu uşağa ötürəcəksiniz".

Sağlamlıq     Baxılıb: 1721   Tarix: 29 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

turlar.az

geyim necə seçməli hamiləlik makiyaj instagram tecavuze ugrayan qadinlar qadini ehtiraslandiran sozler boyurtken kompotu qan qruplari kosmetika rus dili hakışta salatlar webnem tovuzlu qadin saglamlig