Stressdən qurtulmağın QEYRİ-ADİ YOLU tapıldı - ARAŞDIRMA

Stressdən qurtulmağın QEYRİ-ADİ YOLU tapıldı - ARAŞDIRMANarahatlıq və əsəbilik hissi hər zaman "beyni məşğul edən" problemlərlə bağlı olmur. Bəzən bunun səbəbi sadəcə su çatışmazlığıdır.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, alimlər apardıqları təcrübədə könüllüləri "az su içənlər" (gündə 1,5 litrdən az) və "çox su içənlər" (qadınlar üçün təxminən 2 litr, kişilər üçün 2,5 litr) qruplarına bölüblər.
Sosial stress testindən sonra "az içənlərdə" tüpürcəkdə kortizol səviyyəsi kəskin artıb - balansı qoruyanlarla müqayisədə təxminən 50% çox. Halbuki hər iki qrup subyektiv olaraq eyni dərəcədə həyəcan keçirib.
Bu vəziyyət əsasən vazopressin hormonu ilə bağlıdır. Su çatışmadıqda o, böyrəklərə mayeni qorumağa kömək edir, eyni zamanda hipotalamusu stimullaşdırır. Nəticədə kortizol artır.
Maraqlıdır ki, insan bu zaman demək olar ki, susuzluq hiss etmir. Buna görə də həkimlər bunu "gizli susuzlaşma" adlandırırlar. Bu vəziyyət xroniki hal alarsa, narahatlıq pozuntuları, ürək və maddələr mübadiləsi problemlərinin riski dəfələrlə yüksəlir.
Beləliklə, səbəbsiz yerə qəfil narahatlıq hiss edirsinizsə, əvvəlcə bir stəkan su için. Bəzən bu, antistress metodlardan heç də geri qalmır.
Qeyd edilir ki, qadınlar gündə təxminən 2-2,5 litr, kişilər isə 2,5-3 litr su içməlidirlər. Bundan əlavə, sadə hesablama üçün formul mövcuddur: bədən çəkisinin (ideal) hər kiloqramına 35-40 ml. Çay, qəhvə və şirin içkilər bu miqdara daxil deyil.
Milli.Az

Xəbərlər     Baxılıb: 1450   Tarix: 02 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

kosmetik vasiteler geyim seçimi sac duzumleri gənc qızlar üçün saç düzümləri qadınlarda erroziya permanent makiyaj sirin qiz statuslari kosmetika hakışta rus dilin nece orenek oğlaq həsən bəy zərdabi qızlıq pərdəsi