Stresslə saç tökülmənin əlaqəsi
Qərb alimləri labaratoriya siçanları üzərində apardıqları təcrübələrdə stress hormonunu saç böyüməsinin yavaşlaması ilə əlaqələndirən molekulyar mexanizm aşkar edib.
Bu hormonun qarşısını almaq heyvanlarda saç follikullarının normal fəaliyyətini bərpa etməyə imkan verir. Xroniki stressin saç tökülməsini təhrik etməsi uzun müddətdir ki məlumdur.
Harvard Universitetindən olan bioloqlar siçanlarda xroniki stress zamanı ifraz olan kortikosteron hormonunun saç follikulun kök hüceyrələrini tənzimləməklə, gəmiricilərin tüklərinin böyüməsinə maneə törətdiyini aşkar edib.
İnsanlarda böyrəküstü vəzlərdə əmələ gələn bu hormonun analoqu kortizoldur. Saçların böyüməsi prosesi bir-birini əvəzləyən üç mərhələdən ibarətdir: böyümə, hərəkətsizlik və degenerasiya.
Böyümə mərhələsində saç follikulu davamlı olaraq böyüyən saç milini itələyir. İstirahət zamanı saç böyüməsi dayanır və saç kökünün alt hissəsi büzülür, ancaq saç yerində qalır.
Degenerasiya zamanı saç follikulunun kök hüceyrələri hərəkətsiz olur və saç tökülür. Siçanlar üzərində keçirilən təcrübələr göstərir ki, stress hormonunun səviyyəsi artdıqda saç kökləri istirahət mərhələsinə keçir və əksinə kortikosteron səviyyəsi düşərsə, saç follikulu kök hüceyrələri aktivləşir və yeni saçlar böyüyür.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi