Su və sabun uşaqların inkişafına kömək edir
Təmiz su və sabunun, yalnız gigiyena təmin etmədiyi, eyni zamanda kiçik uşaqların inkişafına təsir edə biləcəyi açıqlanıb.
Mütəxəssislərin 14 araşdırma üzərində etdiyi qiymətləndirmə hesabatında, gigiyenik təmizlik şərtlərinin yaxşı olduğu evlərdə 5 yaşlarında olan uşaqların boylarının yarım santimetrə qədər daha uzun olduğu görülüb. Araşdırmaların təxminən 10 min uşağı əhatə etdiyi ifadə edilərkən, qiymətləndirmə hesabatını yazan qrupun başçısı təmiz su, gigiyenik təmizlik və gigiyenanın ölümü azaltmanın təsirli bir yolu olduğunu söyləyib. Kiçik yaşda uşaqlarda təkrarlanan narahatlıqlar böyüməyə mənfi istiqamətdə təsir edir. Buna görə də ilk dəfə təmiz su və gigiyenanın böyüməyə təsir etdiyi məlum olub. Çox böyük bir rəqəm kimi görünməyən yarım santimetrlik boy uzunluğu qeyri-kafi böyüməni yüzdə 15 nisbətində salmaqla ekvivalent, bu səbəbdən çox əhəmiyyətlidir. Dünya Sağlamlıq Təşkilatına görə, dünyada 165 milyon uşaq qeyri-kafi böyüməklə qarşı-qarşıyadır. Bu vəziyyət, ölüm ehtimalını artırarkən, yetkinlikdə törəməni azaldır.









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir