Şübhəli hamiləlik əlamətləri
Hamiləliyin diaqnostikası şübhəli və şübhəsiz əlamətlərə əsasən təyin edilir. Bəzən əlamətlər aldadıcı ola bilir. Ona görə də diaqnozun tam təsdiq olunması üçün bir müddət gözləmək və bəzi müayinələrdən keçmək lazımdır. Belə ki, hamiləliyin əsas əlamətləri hamilə qaldığı andan bir-neçə ay sonra tam təsdiq edilir. Bu dölün hissələri, ürək döyünməsi, sklet sistemi, USM -in müayinə təyin edildikdən sonra tam təsdiq edilir. Hamiləliyin ilk müddətinin təyini isə əsasən aşağıdakı əlamətlərlə müəyyən edilir:
- dadbilmənin dəyişməsi
- iybilmə qabiliyyətinin dəyişməsi
- əsəbilik, yuxusuzluq
- üz və bədənin dərisində baş verən dəyişikliklər
- aybaşının kəsilməsi
- uşaqlıq yolu və uşaqlıq boynu selikli qişasının göyərməsi
- döş giləsini barmaqla basdıqda ifrazatın gəlməsi.
Hamiləliyin təyini bioloji metodlarla da aparılır. Bu zaman qadına kliniki müayinələr tətbiq edilir və müayinələrin nəticələrinə baxılır.
Hamiləlik zamanı orqanizmdə hormonların miqdarında dəyişikliklər baş verdiyinə görə qanın analizlərinə əsaslanaraq hamiləliyi təyin etmək mümkün olur.
Bəzən patoloji hamiləlik zamanı hamiləliyə diaqnoz qoymaq çətin olur. Bu adətən boru hamiləliyi zamanı baş verir. Buna görə də qadının hamilə olub-olmamasını təyin etmək üçün dəqiq müayinələr aparmaq və nəticələri diqqətlə yoxlamaq lazımdır.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi