Süd vəzi xərçəngi ilə bağlı 15 vacib həqiqət

Süd vəzi xərçəngi ilə bağlı 15 vacib həqiqətHər ilin oktyabr ayında süd vəzi xərçəngi ilə mübarizə aylığı keçirilir. Bu, artıq ənənə halını alıb.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, aylığın keçirilməsi hər il oktyabrın 15-də dünyanın bir çox ölkəsində qeyd olunan Süd Vəzi Xərçənginə Qarşı Ümumdünya Mübarizənin Günü ilə bağlıdır. Bu tədbirlərin keçirilməsini ilk dəfə 1993-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfinfən elan olunub.
Süd vəzi xərçəngi qadınlar arasında onkoloji xəstəlikləri sırasında birinci yeri tutur və bu xəstələrin sayı ildən-ilə artır. Süd vəzi xərçəngi hər il dünyada hər 8 qadından 1-nə təsir edir. Nadir hallarda kişilərdə də xərçəngin bu növünə rast gəlinir.  
Süd vəzi xərçəngindən qurtulmağın əsas yolu erkən diaqnozun qoyulmasıdır. Erkən diaqnozun həyat qurtaracağına diqqət çəkən Türkiyədən olan ümumi cərrahiyyə uzmanı, professor Metin Çakmakçı bu xərçənglə bağlı xalq arasında bir çox yanlış məlumatın yayıldığına diqqət çəkib. O, süd vəzi xərçəngi ilə bağlı qulaqdan- qulağa dolaşan əfasanələr barədə doğru məlumatları açıqlayıb.
Bilinməsi lazım olan həqiqətlər:
1. Süd vəzində hər ələ gələn kütlə xərçəng deyil. Amma nəzarət məqsədilə mütləq həkimə müraciət olunmalıdır.
2. Süd vəzi xərçəngi diaqnozu qoyulan hər şəxs döşünü itirməz.
3. "Ağrıyan kütlə döş xəsşəngi ola bilməz", yanaşması düzgün deyil. Ağrıyan kütlə də süd vəzi xərçəngi ola bilər.
4. Dezodorant istifadə etmək süd vəzi xərçənginə səbəb ola bilməz.
5. Büsqalter və ya metal dəstəkli büsqalter istifadə etmək xərçəng yaratmaz. Bu günə qədər istifadə olunan heç bir araşdırma bədənimizdəki toxumalara təsir edən fiziki təzyiqin xərçəngə səbəb olduğunu sübut etməyib.
6. Süd vəzi xərçəngi hamilələr və süd verən analarda da yarana bilər.
7. Alüminium qablar süd vəzi xərçənginin səbəbi deyil.
8. Süd vəzi xərçəngi riski olanlar mütləq xərçəng olacaq deyə bir şey müzakirə mövzusu deyil. Bunun tərsi də doğru deyil-ailədə süd vəzi xərçəngi olmasa da, süd vəzi xərçənginə tutulmaq olar.
9. Süd vəzi xərçəngi sadəcə, yaşlı qadınlarda olmur. Ən çox menopuazadan sonra ortaya çıxan süd vəzi xərçəngi yaşı 40-dan az olan qadınlarda yaranır.
10. Hamiləliyə qarşı nəzarət həblərindən istifadə döş xərçənginə səbəb olmur.
11. Süd vəzindən cərrahi olaraq kütlə çıxarılan qadın ana olanda körpəsinə süd verə bilər.
12. Süd vəzi xərçənginə cərrahi müdaxilə (bıçaq dəyməsi) xərçəngin yayılmasına səbəb olmur.
13. Süd vəzinin mamoqrafiya müayinəsi xərçəng yaratmır və ya radiasiya yaradaraq xərçəngə səbəb olmur. Mamografiyada radiasiya miqdarı çox da yüksək deyil, təxminən təyyarədə uçmağa bərabərdir.
Həm müayinə, həm də diaqnoz üçün istifadə olunan mamoqrafiyanın bir çox qadının həyatını xilas etdiyi elmi bir həqiqətdir.
14. Süni mayalanma müalicələri süd vəzi xəsrçənginə səbəb olmur.
15. Süd vəzi xərçəngi sadəcə, qadınlarda olmur, nadir hallarda da olsa kiişilərdə də rast gəlinir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1302   Tarix: 13 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

toy makiyaji sekilleri maskalar geyim seçimi südlü şirniyyat şirniyyat reseptləri displaziya sağlamlığa aid atalar sözləri kosmetika novruz hakistalari bedii edebiyyat penis sağlamlıq hakiwda