Süd vəzilərinə özünüz nəzarət edin!

Süd vəzilərinə özünüz nəzarət edin!Qadının mütəmadi olaraq özünün süd vəzilərini müayinə etməsi həkim-ginekoloq tərəfindən aparılan profilaktik müayinələrə əlavə edilən vacib tədbirdir!

Süd vəzilərini, ayda bir dəfədən az olmamaqla, mütəmadi olaraq müayinə etmək lazımdır. Normal aybaşı dövrü (tsikli) olan qadınlarda bu müayinə aybaşı başladıqdan 7-10 gün sonra aparılmalıdır.

Aybaşılar qeyri-mütəmadi olduqda və ya tamamilə kəsilmiş olduqda, süd vəzilərinin profilaktik müayinəsi, ayda bir dəfə eyni tarixdə olmaqla, (məsələn, hər ayın 1-də) qadının özü tərəfindən aparılır.

Süd vəzilərinin müayinəsinin aparılma sxemi şəkillərdə qeyd edilir:

Güzgü qarşısında elə dayanın ki, bədənin yuxarı hissəsi asanlıqla tam şəkildə görünsün.

Əvvəlcə süd vəzilərinizi qollarınız aşağı olmaqla nəzərdən keçirin. Sonra əllərinizi belinizə qoyun (şəkil 1), daha sonra əllərinizi başınızın arxasına qoyun (şəkil 2).

Sonra ayaq üstə və ya oturmuş vəziyyətdə olmaqla sol əl ilə sağ süd vəzisinin hər bir sahəsini, kənardan vəzi giləsinə tərəf olmaqla, əlləyin (şəkil 3 və 4).

Süd vəzisi toxumasına əlinizlə təzyiq etdikdə sizdə heç bir ağrı olmamalıdır.

Daha sonra eyni qayda ilə sağ əllə sol süd vəzisini əlləyin. Bundan başqa, qoltuqaltı sahələri də əlləyin (şəkil 5).

Sonra baş barmaqla şəhadət barmağı arasında hər iki süd vəzi gilələrini sıxın (şəkil 6). Bu halda ondan maye ifraz olunarsa, onun rənginə fikir vermək və həkim-ginekoloqa müraciət etmək lazımdır.

Süd vəziləri və qoltuqaltı nahiyələrin müayinəsini eyni ardıcıllıqla uzanmış (şəkil 7) vəziyyətdə, əvvəlcə müayinə olunan tərəfdə qolu yana salmaqla, daha sonra isə başın arxasına qoymaqla təkrar edin.

Süd vəzilərinə baxış keçirərkən və onları əlləyərkən aşağıdakı dəyişikliklərə fikir vermək lazımdır:

- heç bir ağrı verməsələr də, vəzilərdə düyünlərin və ya bərkimə sahələrinin əmələ gəlməsi;

- vəzi gilələrindən mayenin ifraz olunması;

- süd vəzilərinin forma və ölçülərində olan dəyişikliklər;

- vəzi üzərindəki dərinin və vəzi giləsinin içəriyə doğru dartılması;

- vəzi sahəsində dərinin və vəzi giləsinin kobudlaşması;

- süd vəziləri nahiyəsində və qoltuqaltı sahələrdə limfatik düyünlərin əllənməsi;

- vəzi nahiyəsində dəridə olan iltihabi dəyişikliklər.

Müayinə apararkən sadalanan dəyişikliklərin hər hansı birinə şübhə yarandığı halda tez bir zamanda həkim-mammoloqa (süd vəziləri üzrə ixtisaslaşmış həkim) müraciət etmək məsləhət görülür. Süd vəzisində hər hansı bir bərkimə sahəsi olduğu halda xəstənin yaşından asılı olaraq süd vəzilərinin USM və ya mammoqrafiya (vəzilərin rentgen şəklinin çəkilməsi) üsulu ilə müayinəsi təyin edilir./Saglamolun.Az/

Sağlamlıq     Baxılıb: 2439   Tarix: 15 sentyabr 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

geyim necə seçməli aksessuarlar qadın geyimi əqrəb bürcü viktoriya sekret məlhəmlər toy dəbi kosmetika veten haqqinda atalar sozleri vətən atalar sözləri ağır itki turpun nağlı