Süd vəzisində olan ağrılar şişlə əlaqəlidir? - Həkimdən cavab

Süd vəzisində olan ağrılar şişlə əlaqəlidir? - Həkimdən cavabSüd vəzi xərçənginin yaranmasında genetik faktor mühüm rol oynayır. Onkoloji xəstəliklərdə erkən müdaxilə vacibdir. Məhz bu səbəbdən qadınlar ayda bir dəfə özlərini ev şəraitində müayinə etməli, qeyri-adi bir halla qarşılaşdıqları zaman isə mütəxəssisə müraciət etməlidirlər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində çıxışı zamanı nazirliyin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib.
Mütəxəssis-ekspert bildirib ki, süd vəzi toxumasında yaranan şişlərin bir neçə növü var. Onlar xoşxassəli şişlər və bədxassəli şişlər olaraq 2 yerə ayrılır. "Qadınlar ayda bir dəfə süd vəzlərini müayinə etməlidirlər və bu müayinə davamlı şəkildə olmalıdır. Süd vəzi xərçənginin yaranmasının bir neçə səbəbləri var. Genetik faktor isə xərçəngin əmələ gəlməsində əsas səbəblərdəndir. Süd vəzi xərçənginin yaranmasında irsilik 30 faiz təşkil edir. Birinci, ikinci dərəcəli qohumlarda süd vəzi xərçəngi, prostat xərçəngi, yoğun bağırsaq xərçəngi, yumurtalıq xərçəngi varsa həmin şəxs süd vəzi xərçənginin risk qrupuna daxildir.
Gənc yaşlarda olan xanımlarda yaşlılara nisbətən adətən süd vəzlərində onkoloji xəstəliklər müşahidə olunmur. Vəzlərdəki xoşxassəli şişlər nadir hallarda bədxassəliyə çevrilir. Zərərli vərdişlər onkoloji xəstəliklərin yaranmasının əsas səbəblərindən biridir. Tütün və spirtli içkilərin tərkibində olan toksik maddələr onkoloji xəstəliklərin yaranmasında böyük rol oynayır. Hormonal pozuntular, piylənmə kimi problemlərdən əziyyət çəkənlər də risk qrupuna daxildir.
Kişilərdə də süd vəzi xərçənginə rast gəlmək olur, lakin belə hallar daha azdır. Qadınlara nisbətən kişilər bu prosesi daha aqressiv keçirir və süd vəzi xərçənginin yaranma səbəbi çox zaman genetik olur. Süd vəzində olan ağrılar əksər hallarda şişlə əlaqəli olmur. Evdə müayinə zamanı vəzlərdəki axıntı müşahidə oluna bilər, lakin bu hal şişlə əlaqəli olmaya da bilər. Süd vəzində axıntı iltihab və infeksiya zamanı da baş verir",- deyə H.Vəliyeva bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1192   Tarix: 22 aprel 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

qadin sayti makiyaj etmek qaydalari makiyaj instagram boyurtken kompotu nagillar südlü şirniyyat goy qursagi nece yaranir kosmetika aysel azərbaycan gulmeli hakista tanisliq lakonizm