Suda həll olan parasetamol ürəyi sıradan çıxarır - alimlər
Cənubi Çinin Xiangya xəstəxanasının həkimləri suda həll olunan parasetamolun ürək xəstəlikləri riskini artırdığını açıqlayıb.
Milli.Az xəbər verir ki, suda əriyən fışıltılı parasetamol (hazırda Teraflyu, No qrippin kimi toz dərmanların və ağrıkəsicilərin tərkibində var) duz tərkiblidir. Bu dərmanlar ürək və təzyiq xəstələrinə zərərlidir.
Bu nəticəyə alimlər qrupu son elmi tədqiqatlarının nəticəsində gəliblər.
Tədqiqatda 300 min 60-90 yaş arası insanlar iştirak edib.
Həkimlər onların xəstəlik tarixçəsini 1 il ərzində izləyib.
Bir qrup xəstələnəndə adi tablet parasetamol içib, digər qrupa isə suda əriyən (natriy əlavəli) parasetamol verilib.
Məlum olub ki, il ərzində müntəzəm olaraq toz parasetamol içən qrupda ürək-damar xəstəlikləri, yüksək təzyiq riskini 5,7% artıb.
Normal təzyiqi olan insanlar suda həll olan parasetamol içdikdə ürək-damar xəstəliyi riski 4,5% artmış olub.
"Natriy (duz) tərkibli parasetamol ürək-damar xəstəliklərindən ölüm riski və statistikası da artır" - deyə professor Çao Çzen deyib. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi