Südün orqanizmə bu təsirləri də var imiş...

Südün orqanizmə bu təsirləri də var imiş...Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Biomühəndislik araşdırmaları şöbəsinin mütəxəssisləri Abdul Etibaroğlu və Nərmin Axundova südün orqanizmə təsiri barədə məqalə hazırlayıblar.
Milli.Az məqalənin mətnini təqdim edir:
"Süd yeni doğulmuş canlıların əksəriyyətinin ilk qida mənbəyidir. Digər canlılar kimi insanlar da ilk olaraq ana südü ilə qidalanmağa başlayırlar. Ana südü tərkib baxımından unikal və tam əvəzedilməz qida maddəsi hesab edilir. İnsan orqanizmi formalaşdıqca ana südünə olan tələbat azalır və digər qida məhsulları ilə tanışlıq başlayır. Lakin həyatımızın sonrakı mərhələsində (yetkin, orta yaşlı, hətta yaşlı) alternativ mənbələrdən süd məhsullarını qəbul etməyə davam edirik. Bu zaman əsasən inək südünə müraciət edilir.
İnək südü yağ, protein, D vitamini, kalsium, B12 vitamini, kalium, fosfor kimi elementlərlə zəngindir. Qeyd edək ki, südün tərkibində olan B12 və D vitamininə əksər qidalarda rast gəlinmir. İnəyin qidalandığı otlardan toplanan linoleik və Omega-3 turşuları onun südünə ifraz edir ki, belə məhsulun da istehlakı diabet və ürək-damar problemi olan insanlar üçün faydalı sayılır. Həmçinin sağlamlıq üçün vacib sayılan 9 aminturşusunu ehtiva etdiyinə görə süd protein mənbəyi hesab olunur. Xüsusən də südün tərkibində rast gəlinən kazein və vey proteinləri əksər idmançılar tərəfindən istifadə edilir. Bu proteinlər əzələ kütləsini artırır və idman zamanı enerji ilə təmin edir.
Süd kalsium, fosfor, kalium və vitamin K2 ilə zəngindir ki, bu elementlər də sümüklər üçün çox faydalı hesab edilir. Orqanizmin kalsium ehtiyatının 99%-i sümüklərdə cəmləşir. Mütəmadi süd istehlakı sümük kövrəkliyinin və qırılmasının qarşısının alınmasında olduqca faydalıdır. Xüsusilə də qadınlarda proteinlərlə qidalanmaq sümüyün möhkəmlənməsində mühüm rol oynayır.
Südün həzm prosesi mədədə başlayır. Mədədə pepsin adlanan enzim kazein və vey proteinlərini, lingual lipaza isə südün tərkibindəki yağları parçalayıb nazik bağırsağa ötürür. Burada isə proteaza və lipazalar tərəfindən daha kiçik hissələrə parçalanır. Qeyd edək ki, öd kisəsində toplanan öd turşusu da yağların həzmini asanlaşdırmaq üçün nazik bağırsağın bir hissəsi olan onikibarmaq bağırsağa ötürülür. Nazik bağırsaqda laktaza adlanan enzim laktozanı monosaxaridə (qlükoza və qalaktozaya) parçalayır. Növbəti mərhələdə monosaxaridlər, peptidlər, aminturşuları və kalsium ionları kimi kiçik ölçülü metobolitlər qaraciyərə sovrulur və qan vasitəsilə bədənin müxtəlif hissələrinə ötürülür. Həzm edilməyən laktoza isə yoğun bağırsağa sovrulur.
Qeyd edək ki, laktoza süd və süd məhsullarının əsas tərkib hissəsidir. Laktoza həssaslığı isə süd istehlakı zamanı diareya, qarın ağrısı və qazın toplanması ilə müşahidə edilən sindromdur. Bu, laktoza parçalayan xüsusi bir ferment olan laktaza enziminin çatışmazlığı səbəbindən yaranır. Laktaza enziminin miqdarı uşaqlarda maksimum səviyyədə olur, böyüdükcə isə nisbətən azalır. Bu səbəbdən də südün həzmediciliyi uşaqlarda daha yaxşı gedir. Qeyd edək ki, Avropa, Qərbi Asiya və bəzi Şərqi Afrika ölkələrinin yerli sakinlərində laktoz dözümlülüyü vardır, yəni onlarda yaş artdıqca laktoza həssaslığı problemi meydana çıxmır.
Laktoza həssaslığı özünü bir neçə formada göstərə bilər:
- Hipolaktasiya - yaşlandıqca laktaza enziminin aktivliyinin azalmasıdır. Bu, körpələr ana südündən normal qidaya keçdikləri dövrdə də müşahidə edilə bilər.
- İkincili hipolaktasiya - zamanı laktoza dözümlülüyü olan uşaqlar, yeniyetmələr və gənclər bakteriya və ya inək südündəki proteinlərin səbəb olduğu iltihab problemi ilə qarşılaşa bilərlər. Qeyd edək ki, bu növ hipolaktasiya problemi rahatlıqla aradan qaldırıla bilər. Bunun üçün problemi yaradan səbəblər araşdırılmalı və laktoza miqdarı az olan qidalar qəbul edilməlidir.
Yaşın artması, etnik kimlik (genetik faktor), erkən doğulan uşaqların həzm sistemi, nazik bağırsaqda baş verən xəstəliklər, həzm sistemi orqanlarında olan xərçəng xəstəliyinin müalicəsi zamanı yan təsirlər və digər amillər də laktoza həssaslığına təsir edə bilir.
Laktoza həssaslığı bəzən süd allergiyası ilə qarışdırılır. Südə qarşı olan allergiya immun sistemin südün tərkibindəki bir və ya bir neçə proteinə qarşı göstərdiyi müqavimətdir. Bu növ allergiyaların simptomları laktoza həssaslığı ilə eyni olsa da, qaşınma, yuxarı tənəffüs yollarında problemlər də yaşana bilər. Bu növ allergiyalara yalnız 2-3% uşaqlarda rast gəlinir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1166   Tarix: 13 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

adlarin menasi kosmetoloq maskalar necə tez arıqlayım pirojna reseptləri qadın müdafiəsi xiyar tursusu kosmetika badambura sağlamlığa aid atalar sözləri burclerin uyumu kahfe kali maya maskasi