Südün orqanizmə təsiri

Südün orqanizmə təsiriSüd yeni doğulmuş canlıların əksəriyyətinin ilk qida mənbəyidir. Digər canlılar kimi insanlar da ilk dəfə ana südü ilə qidalanmağa başlayırlar. Ana südü tərkib baxımından unikal və tam əvəzedilməz qida maddəsi hesab edilir. Orqanizm formalaşdıqca ana südünə olan tələbat azalır və digər qida məhsulları ilə tanışlıq başlayır. Lakin həyatın sonrakı mərhələlərində də alternativ mənbələrdən süd məhsullarının qəbulu davam edir. Ən çox istifadə olunan isə inək südüdür.
Bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Biomühəndislik araşdırmaları şöbəsinin mütəxəssisləri Abdul Etibaroğlu və Nərmin Axundovanın hazırladıqları maarifləndirici məqalədə məlumat verilir.
İnək südü yağ, protein, D vitamini, kalsium, B12 vitamini, kalium, fosfor kimi elementlərlə zəngindir. Qeyd edək ki, südün tərkibində olan B12 və D vitamininə əksər qidalarda rast gəlinmir. İnəyin qidalandığı otlardan toplanan linoleik və Omega-3 turşuları onun südünə ifraz edir ki, belə məhsulun da istehlakı diabet və ürək-damar problemi olanlar üçün faydalıdır. Həmçinin sağlamlıq üçün vacib sayılan 9 amin turşunu ehtiva etdiyinə görə süd protein mənbəyi hesab olunur. Xüsusən də südün tərkibində rast gəlinən kazein və vey proteinlərindən əksər idmançılar istifadə edir. Həmin proteinlər əzələ kütləsini artırır və idman zamanı enerji ilə təmin edir.
Süd sümüklər üçün faydalı hesab olunan kalsium, fosfor, kalium və K2 vitamini ilə zəngindir. Orqanizmin kalsium ehtiyatının 99 faizi sümüklərdə cəmləşir. Mütəmadi süd istehlakı sümük kövrəkliyinin və qırılmasının qarşısının alınmasında böyük faydaya malikdir. Xüsusilə də qadınların proteinlərlə qidalanması sümüyün möhkəmlənməsində mühüm rol oynayır.
Südün həzm prosesi mədədə başlayır. Mədədə pepsin adlanan enzim kazein və vey proteinlərini, lingual lipaza isə südün tərkibindəki yağları parçalayıb nazik bağırsağa ötürür. Burada isə proteaza və lipazalar tərəfindən daha kiçik hissələrə parçalanır. Öd kisəsində toplanan öd turşusu da yağların həzm edilməsini asanlaşdırmaq üçün nazik bağırsağın bir hissəsi olan onikibarmaq bağırsağa ötürülür. Nazik bağırsaqda laktoza adlanan enzim laktozanı monosaxaridə (qlükoza və qalaktozaya) parçalayır. Növbəti mərhələdə monosaxaridlər, peptidlər, amin turşuları və kalsium ionları kimi kiçik ölçülü metobolitlər qaraciyərə sovrulur və qan vasitəsilə bədənin müxtəlif hissələrinə ötürülür. Həzm edilməyən laktoza isə yoğun bağırsağa sovrulur.
Laktoza süd və süd məhsullarının əsas tərkib hissəsidir. Laktoza həssaslığı isə süd istehlakı zamanı diareya, qarın ağrısı və qazın toplanması ilə müşahidə edilən sindromdur. Bu, laktoza parçalayan xüsusi bir ferment olan laktaza enziminin çatışmazlığı nəticəsində yaranır. Laktoza enziminin miqdarı uşaqlarda maksimum səviyyədə olur, böyüdükcə isə nisbətən azalır. Ona görə də südün həzmediciliyi uşaqlarda daha yaxşı gedir. Qeyd edək ki, Avropa, Qərbi Asiya və bəzi Şərqi Afrika ölkələrinin yerli sakinlərində laktoz dözümlülüyü var, yəni onlarda yaş artdıqca laktoza həssaslığı problemi meydana çıxmır.
Laktoza həssaslığı özünü bir neçə formada göstərə bilər:
- Hipolaktasiya - yaşlandıqca laktoza enziminin aktivliyinin azalmasıdır və bu, körpələr ana südündən normal qidaya keçdikləri dövrdə də müşahidə edilə bilər.
- İkincili hipolaktasiya - zamanı laktoza dözümlülüyü olan uşaqlar, yeniyetmələr və gənclər bakteriya və ya inək südündəki proteinlərin səbəb olduğu iltihab problemi ilə qarşılaşa bilərlər. Qeyd edək ki, bu növ hipolaktasiya probleminin rahatlıqla aradan qaldırılması mümkündür. Bunun üçün problemi yaradan səbəblər araşdırılmalı və laktoza miqdarı az olan qidalar qəbul edilməlidir.
Yaşın artması, etnik kimlik (genetik faktor), erkən doğulan uşaqların həzm sistemi, nazik bağırsaqda baş verən xəstəliklər, həzm sistemi orqanlarında olan xərçəng xəstəliyinin müalicəsi zamanı yan təsirlər və digər amillər də laktoza həssaslığına təsir edə bilir.
Laktoza həssaslığı bəzən süd allergiyası ilə qarışdırılır. Südə qarşı olan allergiya immun sistemin südün tərkibindəki bir və ya bir neçə proteinə qarşı göstərdiyi müqavimətdir. Bu növ allergiyaların simptomları laktoza həssaslığı ilə eyni olsa da, qaşınma və yuxarı tənəffüs yollarında problemlər yaşana bilər. Həmin növ allergiyalara yalnız 2-3 faiz uşaqlarda rast gəlinir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1473   Tarix: 29 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

sac duzumleri həkim məsləhəti gözəllik məhsulları darcin faydasi sepgilere qarsi maska her sey daxil intim münasibətləri kosmetika qu quşu faydalı bilgilər baldıza aid hakışta ana haqqinda bayati sirniyatlar