Sümüklər üçün faydalı pəhriz müəyyən olunub
Alimlərin yeni araşdırması Aralıq dənizi pəhrizinə riayət etməyin sümük sıxlığına müsbət təsir göstərə biləcəyini göstərir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqatçılar 13 mindən çox insan haqqında məlumatları araşdırıblar. Onlar Aralıq dənizi pəhrizi ilə onurğa, boyun, omba və ümumiyyətlə bədəndə daha yüksək sümük sıxlığı arasında kiçik, lakin əhəmiyyətli bir əlaqə tapıblar.
Alimlər qeyd edirlər ki, pəhriz genetik olaraq xəstəliyə meylli olanlarda osteoporozun qarşısını almaq və ya onu müalicə etmək üçün kifayət deyil. Bununla belə, sağlam pəhriz iltihabın azaldılması kimi müsbət effekti təmin edir və bu, sümük mexanizmlərinin daha sağlam işləməsinə kömək edir.
Qeyd edək ki, Aralıq dənizi pəhrizinə zeytun və zeytun yağı, bütün dənli bitkilər, balıq və digər dəniz məhsulları, bol tərəvəz, lobya və qoz-fındıq daxildir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
Pesketaryen qidalanma nədir? Faydaları nələrdir?
Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı
Bir stəkan çay müalicəni puç edə bilər
Tut yeməyin faydaları
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Foto
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?
Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir
Anşlaq, alqış, sənət – Eyyub Yaqubovdan unudulmaz konsert