Süni qidalara keçid sürətlənib

Süni qidalara keçid sürətlənib2035-ci ilə doğru dünyada istehsal olunan ət, yumurta, süd və dəniz məhsullarının onda biri alternativ zülallardan əldə olunacaq.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "Boston Consulting Group" (BCG) və "Blue Horizon Corporation" şirkətlərinin birgə tədqiqat hesabatında məlumat verilir.
Tədqiqatı aparan ekspertlər xəbərdarlıq edirlər ki, 2035-ci ilədək alternativ qida bazarının həcmi 290 milyard dollara çatacaq. Baza ssenarisinə əsasən dünyada illik alternativ qida istehsalı indiki 13 milyon tondan 2035-ci ildə 97 milyon tona çatmaqla ümümi zülal bazarının 11 faizinə bərabər olacaq. Texnoloji proseslər sürətlənərsə, bu həcm daha yüksək ola bilər.
Tədqiqatda qeyd edilir ki, süni qida bumu ətraf mühitə müsbət təsir göstərməklə yanaşı, bəşəriyyətin aclığa qalib gəlməsinə səbəb olacaq. Məsələn, bitki əsaslı ət və yumurtaya keçid 1 geqaton CO2-yə qənaət etməyə imkan verəcək. Bu, Yaponiyanın 1 il ərzində enerjidən ümumiyyətlə, istifadə etməməsinə bərabər bir göstəricidir. Həmçinin bu, Londonu 40 il ərzində təchiz edəcək həcmdə - 39 milyard kubmetr suya qənaət etməyə imkan verəcək.
Tədqiqat müəlliflərinin gözləntilərinə görə, 2023-2025-ci illərdə alternativ ərzaqların qiyməti və dadı ənənəvi ərzaqlarla eyni səviyyəyə çatacaq.
Qeyd edək ki, Dünya İqtisadi Forumu da süni qida bazarında ciddi artım proqnozlaşdırır. Forumun hesablamalarına görə, 2050-ci ildə əhalinin sürətli artımı hesabına dünyada ətə olan tələbat indikindən iki dəfə çox olacaq. Bu zaman növbəti 10 il ərzində dünya ət bazarının 30 faizə yaxını süni ətlərdən ibarət olacaq. Daha sonrakı 10 ildə isə bu pay 60 faizin üzərinə qalxacaq. Bu o deməkdir ki, 2040-cı illərdə artıq təbii ətin dünya bazarında payı 40 faizə düşəcək.
A.T. Kearney şirkətinin hesablamalarına görə, 2018-ci ildə dünya ət bazarının həcmi 1 trilyon dollara çatıb. Bu zaman illik ət istehlakı 3 faizə yaxın artdığı halda, təbii ətə olan tələbat 3 faiz azalıb. Dünyada vegetirian və veqanların(heyvan və quş mənşəli heç bir qidanı - yumurta, süd və sair- qəbul etməyən) sayının sürətlə artması da təbii ətə olan tələbatın azalma sürətini artırır. Bu, həm də bitki əsaslı ət əvəzedicilərinin kütləvi istehsalını stimullaşdıran əsas faktorlardan birinə çevrilir. İnkişaf etmiş ölkələrdə marketlərdə vegetirian və veqanlar üçün ayrıca rəflərin qoyulması praktikası getdikcə genişlənir - sırf belə insanlar üçün istehsal olunan qidaların istehsalı kimi. Bu baxımdan, xüsusi laboratoriyalarda vegetirian və veqanlar üçün bitki mənşəli ət məhsulları istehsalını quran Impossible Foods, Just Meat ve Beyond Meat şirkətlərinin istehsal həcmlərinin sürətli artımı təəccüblü görünmür.
Hesablamalar göstərir ki, süni ət istehsalı üçün istifadə olunan xammalın 1 kiloqramının məhsuldarlığı təbii ət istehsalındakından 5 dəfə çoxdur. Yəni 1 kiloqram təbii ət əldə etmək üçün lazım olan taxılla 5 kiloqram süni ət əldə etmək mümkündür. Bu isə heyvandarlıq üçün yararlı sahələrin getdikcə azaldığı indiki dövrdə ciddi stimuldur.
Mədəni və bitki əsaslı ətlərin istehsalını stimullaşdıran daha bir amil onların yararlılıq müddətinin təbii ətə nisbətən daha uzun olmasıdır. Eyni zamanda süni ət istehsalında Afrika vəbası, salmonella,yaxud brüselyoz, quş qripi kimi təhlükələr də mövcud deyil.
Dünya İqtisadi Forumunun hesablamalarına görə, bitki əsaslı ət istehsalı üçün keçid dövrü daha az olsa da, mədəni ət istehsalı tezliklə onu üstələyəcək. Qurumun ən ən maraqlı qənaəti isə budur ki, bəşəriyyət süni ət istehsalı ilə dayanmayacaq. Biotexnologiyaların inkişafı tezliklə insan oğlunun süd, yumurta və dəniz məhsullarının da sünilərini istehsal etməsinə imkan verəcək.
Nəhayət, bitki əsaslı ət, həmçinin mədəni ət ekoloji cəhətdən daha təmiz olduğuna görə təbii ətdən daha cəlbedici hesab olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2027   Tarix: 01 aprel 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

maskalar qis geyimləri 2026 toy makiyajlari qadindunyasi körpəyə qulluq qarasin qizlar ucun makiyaj qrip və soyuqdəymə kosmetika oglaq pehriz burclər masturbasiya novruz bayramına aid hakışda