Ev heyvanı ilə yatanların nəzərinə
Pişik və ya itlə eyni yataqda yatmaq sağlamlıq və yuxu keyfiyyəti baxımından müəyyən risklər yarada bilər.
Milli.Az xəbər verir ki, araşdırmalara görə, Niderlandın Utrext Universitetində aparılan tədqiqat ən böyük təhlükənin mikroblar olduğunu göstərib.
Mütəxəssislərin fikrincə, xüsusilə itlərin pəncələri, quyruq tükləri və tüpürcəyi vasitəsilə yatağa müxtəlif mikroorqanizmlər daşına bilər. Bu mikroblar arasında Salmonella və E.coli kimi bakteriyaların da olduğu müəyyən edilib.
Mövzu ilə bağlı aparılan digər araşdırmada isə ev heyvanları ilə eyni yataqda yatmağın yuxu keyfiyyətinə təsiri qiymətləndirilib. Trinity College tərəfindən həyata keçirilən tədqiqata əsasən, ev heyvanı ilə birlikdə yatan insanların yuxu keyfiyyətinin daha aşağı olduğu bildirilib.
Mütəxəssislər ev heyvanlarının gigiyenasına diqqət yetirməyi, onların mütəmadi baytar müayinəsindən keçirilməsini və yataq şəraitinin təmiz saxlanılmasını tövsiyə edirlər.
Mina Mikayılova
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO