Süni şəkərli içkilər qəbul edirsiniz? - Ürək-damar xəstəliyi və...

Süni şəkərli içkilər qəbul edirsiniz? - Ürək-damar xəstəliyi və...Süni şəkərli içkilər ürək-damar sisiteminin düşməni ola bilər. Süni şəkərli içkilərin də şəkərli içkilər kimi ürək-damar xəstəliklərinə səbəb olduğu açıqlanıb.

BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı aparılan araşdırmanın nəticələri "Journal of the American College of Cardiology" jurnalında dərc olunub. Qeyd olunub ki, şəkərli və süni şəkildə dadlandırılan içkilər ürək-damar xəstəlikləri riski artırır. Bu səbəbdən araşdırmada süni şəkərli içkilərin bilinənlərin əksinə şəkərli içkilərə alternativi olmadığı vurğulanıb.

Bununla bağlı əvvəlki araşdırmalara toxunan alimlər, şəkərli içkilərin qəbul edildiyi qidalanma tərzinin ürək-metabolik sağlamlığa mənfi təsir göstərdiyinin məlum olduğunu xatırladıb, şəkərli içkilərə alternativ olaraq göstərilən süni şəkərli içkilərin ürək-damar sağlamlığına təsirinin indiyə kimi tam bilinmədiyini qeyd ediblər.

Araşdırmada, Fransada 104,760 iştirakçını əhatə edən qidalanma anketinin nəticələri müzakirə edilib.

İştirakçılardan hər 6 ayda bir dəfə 24 saatlıq 3 pəhriz qeydlərinin onlayn doldurulması istənilən araşdırmada, süni şəkərli içkilər qida dəyəri olmayan içkilər olaraq, şəkərli içkilərin isə 5 faiz və ya daha çox şəkəri olan bütün içkiləri əhatə edəcək qidalandırıcı olduğu təsbit edilib.

Araşdırmada iştirakçılar heç istifadə etməyənlər, az istifadə edənlər və çox edənlər olaraq qruplara ayrılıb.

Çoxlu süni şəkərli içki içənlərin həyatlarında heç vaxt içməyənlərə nisbətən 20 faiz daha çox ürək-damar xəstəliyinə sahib olduğu qənaətinə gəlinib. Oxşar nəticənin şəkərli içkilər içənlər üçün də keçərli olduğu qeyd edilib.

Süni şəkərli içkilər ürək-damar sisiteminin düşməni ola bilər. Süni şəkərli içkilərin də şəkərli içkilər kimi ürək-damar xəstəliklərinə səbəb olduğu açıqlanıb.

Xanim.AZ Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı aparılan araşdırmanın nəticələri "Journal of the American College of Cardiology" jurnalında dərc olunub. Qeyd olunub ki, şəkərli və süni şəkildə dadlandırılan içkilər ürək-damar xəstəlikləri riski artırır. Bu səbəbdən araşdırmada süni şəkərli içkilərin bilinənlərin əksinə şəkərli içkilərə alternativi olmadığı vurğulanıb.

Bununla bağlı əvvəlki araşdırmalara toxunan alimlər, şəkərli içkilərin qəbul edildiyi qidalanma tərzinin ürək-metabolik sağlamlığa mənfi təsir göstərdiyinin məlum olduğunu xatırladıb, şəkərli içkilərə alternativ olaraq göstərilən süni şəkərli içkilərin ürək-damar sağlamlığına təsirinin indiyə kimi tam bilinmədiyini qeyd ediblər.

Araşdırmada, Fransada 104,760 iştirakçını əhatə edən qidalanma anketinin nəticələri müzakirə edilib.

İştirakçılardan hər 6 ayda bir dəfə 24 saatlıq 3 pəhriz qeydlərinin onlayn doldurulması istənilən araşdırmada, süni şəkərli içkilər qida dəyəri olmayan içkilər olaraq, şəkərli içkilərin isə 5 faiz və ya daha çox şəkəri olan bütün içkiləri əhatə edəcək qidalandırıcı olduğu təsbit edilib.

Araşdırmada iştirakçılar heç istifadə etməyənlər, az istifadə edənlər və çox edənlər olaraq qruplara ayrılıb.

Çoxlu süni şəkərli içki içənlərin həyatlarında heç vaxt içməyənlərə nisbətən 20 faiz daha çox ürək-damar xəstəliyinə sahib olduğu qənaətinə gəlinib. Oxşar nəticənin şəkərli içkilər içənlər üçün də keçərli olduğu qeyd edilib.

Sağlamlıq     Baxılıb: 2005   Tarix: 18 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

turlar.az

kosmetika mehsullari maskalar gözəllik məhsulları kokteyl mürəbbələr qadinlarda cinsi isteksizlik mantılar kosmetika qogal penis sağlamlıq vusale elizade burcler haqqinda