Şüyüdün faydaları

Şüyüdün faydalarıŞüyüd tünd yaşıl rəngdə, 40-120 sm hündürlüyünə qədər qalxa bilən, nazik, saçaqlı yarpaqları və xüsusi qoxusu olan birillik göyərtidir. Şüyüd Himalay dağlarında, İranda, Mərkəzi və Qərbi Asiyada yabanı halda bitir. Bu səbədən də həmin ərazilər şüyüdün vətəni sayılır. Şüyüd Afrika və Avropa ölkələrində 5000 il əvvəllərdən yetişdirilməyə başlamışdır. İngiltərədə tarixi araşdırmalar zamanı şüyüd qurusuna rast gəlinmişdir. Qədimdə İngiltərə daxil olmaqla bəzi ölkələrdə şüyüdü sehirli qüvvələrdən qorumaq üçün vasitə hesab edərlərmiş. İndi Antraktidadan başqa dünyanın bütün materiklərində şüyüdə rast gəlmək mümkündür.
Kulinariyada şüyüddən müxtəlif salatları, ətləri, balıqları, şorabaları və sousları dadlandırmaq məqsədilə istifadə edilir. Şüyüdün toxumlarından tərəvəzlərin duza qoyulması zamanı geniş istifadə olunur. Şüyüdün toxumları əlavə olunduğu tərəvəzləri vitaminlə təmin edir və ətirləndirir. Şüyüddən bəzi pendir növlərinin, xəmir məmulatlarının, ətlərin dadlandırılması məqsədilə istifadə edilir.
Şüyüddən kosmetologiya sahəsində də istifadə edilir. Ondan müxtəlif parfümeriyaların hazırlanmasında istifadə olunur. Şüyüddən alınmış efir yağlarından kremlər, losyonlar, odekolonlar, diş pastaıları hazırlanır. Şüyüd yağından konservlərin, likörlərin, hətta sabunların hazırlanmasi üçün də istifadə olunur. Qışa saxlamaq istədikdə isə şüyüdü qaranlıq və quru yerdə saxlamaqla qurutmaq və ya xırda doğrayaraq duzlayıb saxlamaq mümkündür.
100 qram şüyüddə olan qida dəyəri:
- Zülallar - 2,5 qr
- Yağlar - 0,5 qr
- Karbohidratlar - 6,3 qr
- Su - 85 qr
- Kalori dəyəri - 40 kKal.
Şüyüdün tərkibində askorbin, nikotin turşusu, riboflovin, tiamin, karotin, pektin maddələri, karbohidratlar, kalium, kalsium, fosfor, dəmir, A, B2, B6, C, PP vitaminləri, zülalllar, yağlar, olein, palmetin, linolen turşuları var. Bu bitkinin hər bir hissəsi efir yağları ilə zəngindir. Bu yağlar ona xüsusi qoxu verir. Tərkibində olan maqnium və dəmir qan əmələgəlmə prosesini sürətləndirir.
Onda olan efir yağları ödün axmasına, həzm fermentlərinin sürətlənməsinə, orqanizmin dezinfeksiya olmasına səbəb olur. Şüyüd əsasən də sidik-cinsiyyət və həzm sisteminin dezinfeksiya olunmasına səbəb olur. Tibbdə şüyüddən bəzi dərman preparatları hazırlanır. Ondan hazırlanan anetin ürək-damar sisteminin işini yaxşılaşdırır. Anetin beyinin və ürək əzələsinin damarlarını qidalandırır, işini normallaşdırır. Şüyüddən südəmizdirmə və diurez zamanı istifadə etməkdə fayda var. Arterial təzyiq, tənəffüs darlığı zamanı da şüyüd yeməyin faydası böyükdür. Şüyüddən spzmolitik, sidikqovuscu və sakitləşdirici məqsədlərlə də istifadə edilir. Mədə və bağırsaq yaraları zamanı şüyüd ağrıkəsici təsir göstərir. Şüyüd bağırsaqlardakı köpü və qazı qovmaq xüsusiyyətinə malikdir. Kolitlər zamanı onun faydası əvəzolunmazdır. Kolit zamanı 1 qram süyüd toxumunu hər dəfə yeməkdən əvvəl qəbul etmək lazımdır.
Şüyüd toxumunun dəmləməsi həzmi sürətləndirir,iştahanın artmasına səbəb olur, yuxusuzluğun aradan qalxmasına yardım edir.
Gözaltı torbalardan xilas olmaq, gözlərdəki yorğunluğu aradan qaldırmaq üçün isə şüyüd yarpaqlarını suda qaynadıb kompres şəklində gözlərin altına qoymaq lazımdır. Bunun üçün tənzifi şüyüd qaynayan suya salıb gözlərin üstünə qöymaq lazımdır. Şüyüd yağından bronxitlər və pnemoniyalar zamanı istifadə edilir. Şüyüd yağı bronxların selikli qişalarında olan şişkinliyin aradan qalxmasına səbəb olur. Şüyüd suyu orqanizmdəki allergiya əlamətlərinin azaldır, dəri qaşınmalarının aradan qaldırır.
Şüyüdün zərərli xüsusiyyətləri
Aşağı təzyiqdən əziyyət çəkənlərə həddindən çox şüyüd yemək məsləhət deyil. Gün ərzində çoxlu miqdarda şüyüd yemək fiziki gücün azalmasına, görmənin zəifləməsinə, baş hərlənməsinə səbəb ola bilir. Bu səbəblərə gün ərzində hamilələrə çoxlu miqdarda şüyüd yemək məsləhət görülmür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1745   Tarix: 27 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

geyim şəkilləri qadin dunyasi geyim seçimi baliq yagi pnevmoniya xesteliyi boy uzadan payız xəstəlikləri kosmetika penis səməd vurğun novruz bayramina aid hakisdalar uzeyir hacibeyli ağır itki