Tanınmış meyxanaçıdan DƏHŞƏTLİ SÖZLƏR: "Narkotikə şirniklənib..."
Çoxdandır görünməyən tanınmış meyxanaçı Mehman Əhmədli sükutu pozub.
Xanim.az yenicag.az-a istinadən xəbər verir ki, meyxanaçı maraqlı açıqlamalar verib:
"Son vaxtlar xoşuma gəlməyən verilişlərdən imtina edirəm. Amma yenə əvvəlki kimi toylara, məclislərə gedirəm. Biz meyxanaçıların adı bədnam çıxıb. Elə bilirlər ki, bütün meyxanaçılar hal əhlidir. İnanın, heç vaxt narkotikdən istifadə etməmişəm. Baxmayaraq ki, dəfələrlə məni şirnikləndirmək istəyiblər. Gəlib yanımda deyiblər ki, qəşəngdi, ləzzət edəcək, əhval-ruhiyyəni yüksəldəcək, toylarda, məclislərdə əla meyxana deyəcəksən… Amma heç vaxt məni təhrik edə bilməyiblər.
Yalan nə deyim, 2002-ci ilə qədər içki də içmişəm, siqaret də çəkmişəm. Söz yox ki, içib küçədə, tində-bucaqda yatmamışam. Sonra tövbə etdim, 15 ildir ki, nə içirəm, nə də siqaret çəkirəm. Sağlam həyat tərzi keçirirəm".
M. Əhmədli heç vaxt meyxanada söyüş işlətmədiyini də deyib:
"Deyənlər özü bilər, amma mən meyxanada nə söyüş işlətmişəm, nə də qarşımdakına həddini aşmağa imkan vermişəm. Kimsə sərhəddi keçibsə, sözlə başa salmışam ki, olmaz".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin