Tanışlıq zamanı edilən səhvlər

Tanışlıq zamanı edilən səhvlərKişi və qadın arasında ilk tanışlığın təşəbbüskarı adətən kişi olur. Bir çox hallarda məhz bu ilk təəssürat gələcəkdə uğurlu münasibətlərin təməlini qoyur. Amma əfsuslar olsun ki bu ilk addımı atarkən oğlanların əksəriyyəti bir çox tipik səhvlərə yol verir. Gəlin bu səhvləri nəzərdən keçirək:
Həddən artıq tərəddüd etmək. Siz beyninizdə müxtəlif ssenarilər qura bilərsiniz, ancaq imkanla üzləşəndə "əgər belə olsa?" kimi mənfi düşüncələrə qapılmaqdan qaçının. Siz bununla məşğul olduğnuz zaman sizin göz təması qurduğunuz qadın artıq nəsə başqa bir şey və yaxud başqası haqqında firkiləşir. Yadınızda saxlayın: siz sadəcə ünsiyyət qurursunuz, təklif etmirsiniz.
Siz rədd cavabından qorxursunuz. Rədd cavabı almaqdan qorxmayın. Bu normaldır və hər bir kişinin başına gəlir. Əgər bu elə olmasaydı, o zaman soruşmaq sadəcə formal əhəmiyyət kəsb edərdi, belə ki insanlar öz sonsuz müdriklikləri ilə ondan vaz keçərdilər. Heç kəs, hətta ən mahir Oyunçu belə yüzdə yüz uğur qazanmır. Tənqidi firkirlərdən və rədd olunmaqdan can qurtarmağın sirri belə hal baş verərkən onu çox da ürəyinə yaxın buraxmamaqdır. Çünki rədd cavabı əksər hallarda sizdə olan qüsurlarla bağlı deyil. Məsələn, o pis bir gün keçirib, xəstədir, harasa tələsir və bu əyləncəyə vaxtı yoxdur, adaxlısı və yaxud əri var, lezbiyandır və sair.
İlk təəssürata önəm verin. Bəlkə də siz ilk təəsüratların vacibliyinin fərqinə varmırsınız. Sizin zahiri görünüşünüz (başdan ayağa qədər) fərqliliklər dünyası yaradaraq qadına kömək edir ki, o sizin onu cəzb etdiyinizə qərar versin. Və əgər siz yaxşı görünürsünüzsə, o zaman özünüzü də yaxşı hiss edirsiniz. Elə şəkildə geyinin ki, sizin əminlik səviyyənizə yardımçı olsun.
Tanışlıq zamanı edilən səhvlər
Siz onun vücud dilini oxuya bilmirsiniz. Bir qadını maraqlandıran kimi, siz artıq onun işarələrini oxumalısınız ki, məqsədinizə doğru qarşılıqlı əlaqəni istiqamətləndirəsiniz. Ünsiyyət ekspertləri təxmin edirlər ki, ünsiyyətin hardasa 60%-dən 80%-nə qədər qeyri-şifahidir, və onun daha az aydın olması səbəbindən ən çox yayılmış səhvlər qadının vücud dilini düzgün oxumamaqdan irəli gəlir. Onu işarələrini bilin.
Siz şablon tanışlıq üsullarından istifadə edirsiniz. Əgər siz tanışlıq üsulu haqqında öncədən eşitmisinizsə və yaxud əgər o xüsusi bir vəziyyət və ayrıca bir qadınla individuallaşmırsa, bu, artıq şablondur. Buna baxmayaraq, birinci gediş kimi sadəcə tanışlıq üsulu hesab edilə biləcək bir şeydən istifadə etmək şablondur və buna görə də ondan qaçınmaq lazımdır. Başlanğıc üçün xüsusi bir fikir söyləyin. Məsələn olduğunuz yer, ya da ki ətrafda baş verənlərlə bağlı bir şey deyin və daha sonra söhbət yoluna düşəcək.
Siz düzgün suallar soruşmursunuz. Əksər qadınlar və ümumiyyətlə əksər insanlar bildikləri bir şey haqqında danışmağa üstünlük verirlər və bunu xoşlayırlar. Və sizcə, hansı mövzuda hər qadın mübahisəsiz ekspertdir? Özü. Əgər siz qapalı suallardan (bunlar sadəcə hə/yox cavabı tələb edən suallardır) qaçınsanız qadını daha çox danışmağa sövq edəcəksiniz. Bunun əvəzinə siz açıq suallar soruşun.
Siz lovğalanırsınız. Qadınlar lovğalara nifrət edirlər və bundan başqa, onlar daha çox özləri haqqında eşitmək və söhbət etməyi xoşlayırlar. Əgər sizin lovğalanmanız qadına təsir edibsə, o özünü narahat hiss etməyə başlayır, bu da tezliklə başqa problemlərə gətirib çıxara bilər.
Siz onu ideallaşdırırsınız. Sizi cəzb edən bir kəsdə mükəmməl keyfiyyətlər görmək təbii bir hissdir. Ancaq elə indicə rast gəldiyiniz bir insana bu cür davranmaq iki cür problem yaradır: birincisi, siz unudursunuz ki, müəyyən təfsilatları sadəcə ehtimal etmisiniz və onlar haqqında arzular əvəzinə faktlar kimi düşünürsünüz; ikincisi, onun güman etdiyiniz mükəmməlliyi sizə onun yanında əsəbi və həyəcanlı edir ki, bu həm sizə həm ona mənfi təsir edir. Əlbəttə ki, həddən artıq canfəşanlıq etməyin və onunla adi bir insan kimi rəftar edin.
Siz həddən artıq ciddisiniz. Məzəli olun, lakin başqalarını özünüzə güldürməyin. Özünüzlə məzələnmək normaldır, ancaq bu o demək deyil ki siz başınızı divara döyməli və qəribə ördək səsləri çıxarmalısınız. Sadəcə ünsiyyət qurun və onu ağıllı yumorla tarazlıqda saxlayın.

Ailə və Uşaq     Baxılıb: 2472   Tarix: 13 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

turlar.az

toy makiyaji sekilleri geyim dəbləri sade makiyaj sekilleri seks pozasi ayaqqabi ve cantalar mayalanma qidalanma qaydaları kosmetika kondom novruz bayramı xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır vətənə aid bayatılar banan