Tanjelonun faydaları

Tanjelonun faydalarıTanjelo şirin sitrus meyvəsi olub Tanjerin və qreypfurtun süni yolla hibridləşməsi yolu ilə yaradılıb. Yetişmiş meyvənin parlaq narıncı rəngi olur. Onun ölçüsü portağal və ya qreypfurtun ölçüsü boyda, dairəvi formada, dadı turşa meyilli şirin, daxili isə arakəsməli dilimlərdən ibarətdir. Tanjelonun qabığı qalın və asan soyulan olur. Tanjelonu ilk dəfə 1897-ci ildə Amerika Kənd Təssarrüfatı birliyi yetişdirib. İndi bu meyvədən ən çox Floridada, İsraildə və Türkiyədə yetişdirilir. Tanjelonun tərkibinin əsasını bir-neçə növ(mineola, simenol, klementin, orlando, aqli, tornton və alemoen)sitrus meyvəsi təşkil edir. Tanjelo meyvəsini yığarkən bəzi şeylərə diqqət yetirmək lazımdır:
* meyvənin qabığı bərk, parlaq və ləkəsiz olmalıdır
* qabıqda çat olmamalıdır
* meyvənin ölçüsü tam yetişmiş ölçüdə olmalıdır.
Qida dəyəri:
- Zülallar - 0,8 qram
- Yağlar - 0,2 qram
- Karbohiodratlar - 6,2 qram
- Su - 87,5 qram
- Kalori dəyəri - 36 kKal.
Tanjelo sitrus bitkilərindən olduğu üçün onun tərkibi həmin bitkilərin tərkibinə daha yaxındır. Tanjeloda C, A, E, B9, B12 vitaminləri, kalium, maqnium, fosfor və çoxlu orqanik turşular var.
Faydalı və müalicəvi xüsusiyyətləri
Tanjelonun tərkibində olanlar avitaminozlar zamanı çox faydalıdır. Onun şirəsidən gündə 1 stəkan içmək orqanizmdə olan avitaminozun aradan qalxmasına səbəb olur. Şirəsinə limon sıxmaq isə tərkibində olan vitamin və mineralların təsirini artırır. Adətən tanjelo və limon şirəsinin qarışımını içmək hamilə qadınlara daha çox faydalıdır. Bu qarışım toksikoz əleyhinə güclü təsir göstərir və qripp xəstəliyinin əlamətlərini azaldır. Tanjelonun tərkibində olan kalum arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Tanjelo şirəsi orqanizmdən artıq xolesterinin, artıq yağların çıxarılmasına yardım edir. Tanjelodan müxtəlif soyuq desertlərin, marmeladların hazırlanmasında istifadə edilir. Ən çox Amerika və Avropa mətbəxində bu meyvədən daha çox istifadə olunur. Ondan ən dadlı meyvə-tərəvəz salatlarının hazırlanmasında istifadə edilir. Tanjelo və dəniz məhsullarından hazırlanan salatlar da çox dadlı olur. Bu meyvənin özünü və qabığının qurudulmuşunu çaya əlavə edib içmək mümkündür.
Kosmetologiya sahəsində
Kosmetologiya sahəsində tanjelo qabığından alınmış efir yağlarından geniş istifadə edilir. Bu yağlardan skrabların, sabunların, duş gellərinin hazırlanmasında istifadə edilir.
Tanjelonun zərərli xüsusiyyətləri
Xroniki mədə-bağırsaq xəstələrinə, turşuluğu çox olan adamlara bu meyvədən yeyərkən diqqətli olmaq məsləhət bilinir. Şəkərli diabet xəstələri də tanjelo şirəsindən çox içməməlidirlər. Bu onların qanında şəkərin artmasına səbəb olur. Allergiyası olan xəstələr də tanjelo yemək istədikdə çox diqqətli olmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1273   Tarix: 17 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

geyim seçimi hamilelikde qidalanma makiyaj instagram hakista mantı reseptleri azadqadin dogum cantasinda ne olmalidir kosmetika bayatılar baldıza aid hakışta şəkərbura atalar sözləri dovsan