TƏBİB-in ekspertindən SOS: "Soyuqdan xəstəlik yaranmaz, amma...

TƏBİB-in ekspertindən SOS: "Soyuqdan xəstəlik yaranmaz, amma...Ölkə olaraq çətin günlərdən keçirik. Bu hadisələrdə bildiyimiz kimi, səhiyyə sisteminin də böyük rolu, üzərinə düşən ağır yük və məsuliyyəti var. Aylardır COVID-19 infeksiyası ilə mübarizədə bir sıra çətinliklərimiz, uğurlarımız, itkilərimiz oldu. Lakin biz fevral-mart ayında deyilik artıq, koronavirus ilə tanışlığımızdan 1 ilə yaxın vaxt keçib.
Bu sözləri Publika.az-a açıqlamasında TƏBİB-in eksperti, infeksionist Nəzrin Mustafayeva deyib. O bildirib ki, həkimlər mart ayında karantin elan olunanda insanlara qoruyucu tədbirlər aşılananda, onları xəstəlikdən qorunmağa çağıranda bir çox çətinliklərlə qarşılaşıblar:
"Biz tibb işçiləriyik, özümüzə belə adaptasiya dövrü çətin oldu, o ki qaldı, qeyri-tibb sahəsinin insanları. Amma düşünürəm ki, kifayət qədər zaman keçib və hamımız öz üzərimizə düşəni, edəcəyimiz tədbirləri bilirik artıq. Mən vətəndaş olaraq qorunmalıyam, maskamı taxmalıyam, həkim olaraq müalicə ilə məşğul olmalıyam, yenilikləri izləməliyəm və s.
Səhiyyə ocaqlarımız, həkimlərimiz, tibb personalımız 2 ciddi sınaqla üz-üzə qalıb. Bir tərəfdən sayları artmaqda olan koronavirus xəstələrinin müalicəsi, digər tərəfdən yaralı hərbçilərin müalicəsi. Bizim bu sınaqlardan az itkilərlə çıxmağımız üçün əhalinin də diqqətli davranmasına, bütün bu sadaladıqlarımı nəzərə almasına və anlayışla qarşılamasına ehtiyacımız var. Bizə onlarla müraciətlər olur, könüllü xidmət etmək istəyənlər olur, həm yaralılara, həm də koronavirus xəstələrinə. Xəstəlikdən özünüzü qorumaqla ən böyük xidməti göstərmiş olarsınız".
Ekspertin sözlərinə görə, yoluxma sayı artmaqda davam edəcək:
"Bunu hələ payız fəslinin əvvəlindən ehtimal edirdik, gözləmədiyimiz vəziyyət deyil, daha da artma ehtimalı var. Səbəblər də artıq hamıya bəllidir, havaların soyuması, qapalı məkanlarda insanların daha çox vaxt keçirməsi, iş yerlərinin açılması və s. Bizim insanımız da hər zaman soyuqdan özünü qoruyan olub, xəstəliklərin soyuqla əlaqəsinin olduğuna ciddi inanmışıq və bunun nəticəsi olaraq təəssüf ki, olduğumuz məkanları soyuq aylarda daha az havalandırırıq. Soyuqdan xəstəlik yaranmaz, amma qapalı mühitdə, havası mütəmadi dəyişilməyən, dolayısı ilə havadakı patogen mikrobların sayı artmış otaqda uzun müddət qalmaqdan xəstəlik yarana bilər".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1923   Tarix: 09 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

turlar.az

makiyaj etmek qaydalari hamilelikde qidalanma gelinlikler qışa hazırlıq badımcan qonaq otagi dizayni müalicəvi bitkilər eşq və məhəbbət kosmetika həmidə dolca qızlıq pərdəsi novruz bayramı sağlamlıq