TƏCİLİ! "Bakı Metropoliteni"ə polis axtarılır
"Polisə ictimai dəstək" xidmətində vakant vəzifəyə müsabiqə elan olunub
Baki Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan "Bakı Metropoliteni"ndə Polis Şöbəsi "polisə ictimai dəstək" xidmətində vakant vəzifəyə müsabiqə elan edib.
İstiPress-in məlumatına görə, müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətini başa vurmuş (kişilər üçün) yaşı 24-dək, boyu 180 santimetr və yuxarı olan, düzgün bədən quruluşlu, idman cüssəli, tam orta və ya orta-ixtisas və ya ali təhsilli olan, qadınlar üçün (170 sm) yuxarı olan və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanının rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.
İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.
Əlavə məlumat üçün: (012) 490 02 36
Ünvan: Zərgərpalan k,135 (Metronun "Nizami" stansiyası)









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
5 ədəd badam yeyib idman et, gör NƏ OLUR
"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız
Kainat gözəli' qayınanası tərəfindən öldürüldü
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Bu dərmanlar qarın ağrısı yarada bilərlər
Kəpəyi yox edən təbii üsullar
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Burak Özçivit Daşkənddə səhnəyə çıxacaq - Biletlər tükəndi
Gözlərinizi ovuşdurarkən bir daha düşünün
Qabığında elə faydası var ki
Çinarədən yeni mahnı - AUDİO