Təcili! Xəzərdən tapılan meyitin kimliyi TƏSDİQLƏNDİ -YENİLƏNDİ

Təcili! Xəzərdən tapılan meyitin kimliyi TƏSDİQLƏNDİ -YENİLƏNDİMeyit operator Vidadi Qurbanova məxsusdur

Ötən gün saat 17:20 radələrində Qaradağ rayonu "Pirsaat" qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə tapılan meyitin itkin neftçiyə aid olduğu təsdiqlənib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyində aparılan ekspertizanın nəticəsi bəlli olub.

Birlikdən verilən məlumata görə, meyit ötən ilin dekabr ayında platformanın uçması nəticəsində dənizə düşən operator Vidadi Qurbanova məxsusdur.

Xatırladaq ki, bu vaxta kimi itkin 10 neftçidən cəmi ikisinin meyiti tapılaraq ailəsinə verilmişdi. Onlardan biri operator İlham Qafarovun meyiti faciədən bir gün sonra ailəsinə təhvil verilmişdi. 60 yaşlı operator Hacıəliyev Həsənağa Hüseynağa oğlunun meyiti isə bu ayın əvəllərində dənizdən çıxarılmışdı.

Saat 10:46

Ötən gün balıqçılar tərəfindən Xəzərin Ələt sahilində tapılan kişi meyitinin itkin düşən neftçilərdən biri, operator Vidadi Qurbanova məxsus olduğu ehtimal edilir. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyindən İstipress-ə verilən məlumata görə, hazırda meyit üzərində ekspertiza aparılır.

SOCAR 10 neftçinin ölümünə səbəb olanları "sərt" cəzalandırdı
Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Bu günə kimi ancaq iki neftçinin meyiti tapılıb.

Qeyd edək ki, Dövlət Dəniz Administrasiyası həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu "Pirsaat" qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə şəxsiyyəti naməlum kişi meyitinin aşkarlanması barədə məlumat yaymışdı. Məlumatda qeyd edilib ki, "Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək."

Mənbə: İstipress

Xəbərlər     Baxılıb: 2207   Tarix: 18 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

turlar.az

sac duzumleri qis geyimləri 2026 kosmetika mehsullari cennet almasi balıq yağı sizanaga qarsi maskalar müalicəvi bitkilər kosmetika qadin saglamlig qizlar novruz hakısdası vətənə aid bayatı hüzeyir hacibəyov