Telefonların gözlərə təsiri: Mif və həqiqətlər

Telefonların gözlərə təsiri: Mif və həqiqətlər"Cihazların görmə qabiliyyətinə mənfi təsiri çox şişirdilib".
Bu barədə rusiyalı göz həkimi, tibb elmləri doktoru Tatyana Şilova bildirib.
Həkimin sözlərinə görə, insanlar bəzən kompüterdən və ya cihazlardan uzun müddət istifadə etdikləri üçün görmə qabiliyyətinin pisləşdiyini düşünürlər, ancaq bu, yalnış fikirdir.
"Əslində göz xəstəliklərinin təxminən 80 faizi genetikadan qaynaqlanır, xarici mühitin təsiri çox azdır. Bəzi pis vərdişlər - məsələn, həyat tərzi, yemək seçimləri - görmə qabiliyyətinə mənfi təsir göstərə bilər, lakin cihazlarla işləməyin zərəri çox şişirdilir. Kompüterdə müəyyən fasilələrə 8-9 saat işləmək yetkin insanın gözünə tamamilə normal yükdür; bu, artıq bir çox araşdırma ilə təsdiq edilib", - deyə həkim bildirib.
Bununla belə o, uşaqların bu məsələdə istisna olduğunu vurğulayıb:
"Cihazlar onlara zərər verə bilər. Gözlər 18 yaşına qədər formalaşır, buna görə uşaqlıqda görmə yükü ciddi şəkildə dozalanmalıdır. Uşaq cihazla işləmək üçün hər iki-üç saatdan bir fasilə verməlidir. Fasilələr zamanı fokus uzunluğunu dəyişdirməyə imkan verən məşqlər mütləqdir", - deyə həkim qeyd edib.
Həkim ən sadə məşqlərdən biri kimi "Şüşə üzərində işarə"ni qeyd edib. Onu yerinə yetirərkən yaxınlıqdakı obyektə bir neçə saniyə baxmaq, sonra eyni görmə xəttində yerləşən uzaqdakı obyektə baxmaq və bunu bir neçə dəfə təkrarlamaq lazımdır. Bunun sayəsində gözlər bir neçə dəfə fokus uzunluğunu dəyişir və məşq edir.
"Göz sinir sisteminin bir hissəsidir. Buna görə də, beyin daxilində baş verən hər şey görmə keyfiyyətinə təsir edə bilər. Gözlərin tamamilə sağlam olmasına baxmayaraq, insanın tam korluq hissi yaşaya biləcəyi vəziyyətlər də olur", - deyə oftalmoloq xəbərdarlıq edib.
Onun sözlərinə görə, stressli vəziyyət təkcə xroniki xəstəliklərin kəskinləşməsinə mənfi təsir göstərmir, həm də görmə qabiliyyətinin qısa müddətli azalmasına səbəb ola bilər.
"Buna görə düzgün həyat tərzi sürməyə çalışın, duyğularınızı idarə edin və bunu özünüz həll edə bilmirsinizsə, mütəxəssislərdən kömək istəyin", - deyə Şilova yekunda tövsiyə edib.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1069   Tarix: 09 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

hamiləlik qadin dunyasi kosmetoloq dərmanlar idmandan sonra ne yemek lazimdi gün vurmanın əlamətləri lasyon hazirlanmasi kosmetika hesaplama saglam qidalanma novruz bayramına aid hakışta novruz hakista sac modelleri