Telefonsuz qalmaq qorxusu
Hər gün, hər saat smartfondan istifadə insan psixikasında dərin iz qoyur və asılılıq yaradır.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, psixiatr Viktor Rudov telefon asılılığının xəstəliyə çevrildiyini bildirib.
"Nomofobiya - telefonundan ayrılmaq, ayrı düşmək, telefonsuz qalmaq qorxusudur. Telefonun zərərləri az deyil: yuxusuzluq, depressiya, təşviş, diqqət yayqınlığı, sosial fobiya, skolioz. Üstəlik telefonsuz qalmaq qorxusu əlavə təşviş yaradır. Hazırda bu sindromdan telefon istifadəçilərinin 3-də ikisi əziyyət çəkir.
Rəqəmsal asılılığı vaxtında saxlamaq lazımdır, çünki dərinləşsə, yalnız psixiatrik metodlarla xilas mümkündür.
Psixikadan əlavə gadcetlərdən saatlarla istifadə beyini, empatiyanı və libidonu əzir.
Gündə 1 saat tam telefonsuz saat elan edin, 1 gün telefonu evdə unudun, kitab, kağız informasiyaya keçin, vizual canlı seyri artırın", - Rudov qeyd edib.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi