Telefonun insanın boyun fəqərələrinə zərəri

Telefonun insanın boyun fəqərələrinə zərəriAnatomiya dərsliklərində insanın başının ağırlığının təxminən 5 kq olduğu yazılır. Baş aşağı əyilərkən isə bu ağırlıq get-gedə artır. Baş insanın boynu üzərində durduğundan, hərəkət etdiyində ağırlıq boynun üzərinə düşür.
Nəzərə alsaq ki, əlində telefon və ya planşet olan adam saatlarca başını aşağı əyib onunla məşğul olur, boyuna düşən yükün ağırlığını təsəvvür etmək çətin deyil.
Planşet və telefon "xəstəliyi" epidemiya kimi bütün dünyaya yayılıb. Saatlarca boyunu aşağı əyib bu texniki avadanlıqlarla vaxt keçirməyin zərərini ən çox boyun fəqərələri görür. Uzun müddət əyilmiş vəziyyətdə dayanan boyun fəqərələrində narahatçılıqlar meydana gəlməyə başlayır. Əgər gənc yaşlı uşaqlar telefonla normadan çox məşğul olarlarsa, onların fəqərələri əyilir və fəqərəarası sinirlər sıxılmağa başlayır. Sinirlər sıxıldıqca onların qidalandırdığı yerlər də zərər görməyə başlayır. Boyun əzələləri gərginləşir və boyunda ağrılar meydana çıxmağa başlayır. Uzun müddət eyni vəziyyətdə əyilib dayanmaq boyun fəqərələrində əyriliyə, yırtığın əmələ gəlməsinə səbəb ola bilir. ABŞ-da bunları araşdıran mütəxəssislərin apardığı araşdırmalar,  əhalinin 58%-inin boyun fəqərələrindəki problemlərin əmələ gəlməsində telefon, planşet və notbukların səbəb olduğu qənaətinə gəlmişlər.
Buna görə də telefonla uzun müddət məşğul olduqda, telefonu elə tutmaq lazımdır ki, boyuna çox yük düşməsin. Azyaşlı uşaqlara və gənclərə telefonla çox oynamağın zərərlərini başa salmaq və onları virtual həyatdan uzaqlaşdırmaq lazımdır.
Bu portalda yer
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1563   Tarix: 01 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

geyim seçimi sade makiyaj sekilleri kosmetoloq ana haqqinda atalar sozleri usaqlarda angina qadın kosmetika dogum cantasinda ne olmalidir kosmetika azerb clpaq qadinlari qurd xəstəliklərinə qarşı mualicə zencefil eqreb maya maskasi