"Telekanalın maliyyə borcu var" - MTRŞ sədri "Lider"dən danışdı
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Lider TV-nin yayımının dayandırılmasının səbəbini açıqlayıb.
Open.az-ın məlumatına görə, N.Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, telekanalın yayımının dayandırılması barədə MTRŞ tərəfindən hər hansı qərar qəbul edilməyib.
"Bu, Lider TV və Teleradio İstehsalat Birliyi arasında olan texniki məsələdir. Tərəflər bu məsələni öz arasında həll edəcək. Telekanalın maliyyə borcu var. Qanunvericiliyə görə, telekanal 30 gün müddətində ard-arda, yaxud da il ərzində fasilələrlə 60 gün müddətində yayımlanmasa, Şura tərəfindən onun yayımının dayandırılması məsələsinə baxıla bilər. Belə olan zaman biz telekanalın yayımını dayandıra bilərik. Bu, texniki məsələdir. Texniki məsələ olduğuna görə telekanalın yayımı Teleradio İstehsalat Birliyi tərəfindən dayandırılıb. Bizim tərəfimizdən kanalın yayımının dayandırılması barədə qərar verilməyib. Məsələ həllini tapacaq", - deyə MTRŞ sədri vurğulayıb.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
Kərimin səhhətində problem yarandı