Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMAABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozun inkişafına kömək edir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqatın nəticələri PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc olunub.
Qeyd olunur ki, ABŞ-də legionellyoza yoluxma hallarının sayı 2000-ci ildə 1100 halla müqayisədə 2018-ci ildə təxminən 10 min haladək yüksəlib. Bu, pnevmoniyanın ağır formasının inkişafı nəticəsində ağciyər toxumasının zədələnməsi ilə özünü göstərən bir xəstəlikdir. Xəstəlik hallarının artmasının səbəblərini müəyyən etmək üçün tədqiqatçılar ölkədə ekoloji vəziyyətin necə dəyişdiyini öyrəniblər. Məlum olub ki, paradoksal olaraq havanın keyfiyyətinin yaxşılaşması ilə legionellyoz daha çox yayılmağa başlayıb.
Alimlər müəyyən ediblər ki, havada olan "Legionella" bakteriyaları suda yaşayır və ətrafdakı havadan SO2 (kükürd dioksidi) udur. Bu çirkləndiricinin havadakı konsentrasiyasının azalması bakteriyaları daşıyan su damcılarının daha turşulu olmasına səbəb olur. Bu mühit "Legionella" üçün əlverişlidir - onlar hava damcılarında daha çox yaşayırlar. Bu, insanın canlı bakteriyaları nəfəsinə çəkməsi və buna görə də, təhlükəli "Legioner xəstəliyinə" yoluxması ehtimalını artırır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1175   Tarix: 05 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

yaz geyimleri 2026 geyim seçimi hamilelikde qidalanma çolkalı saç modelleri təmizlik milli yemekler fitness kosmetika ginekoloq nizami gəncəvi novruza aid xerceng baldiza aid