Təmsilçimiz "O səs Türkiyə" haqqında: "Azərbaycan mənə heç nə vermədi, amma Türkiyə..." - VİDEO

Təmsilçimiz "O səs Türkiyə" haqqında: "Azərbaycan mənə heç nə vermədi, amma Türkiyə..." - VİDEO"O səs Türkiyə" yarışmasında "Sarı gəlin" mahnısı və məlahətli səsi ilə populyarlıq qazanan Mehman Tağıyev Publika.az-ın suallarını cavablandırıb.
- Müsabiqənin növbəti mərhələsinə keçə bilməyən həmyerlilərimizin çoxu "O Səs Türkiyə" haqqında yerli mətbuata xoşagəlməz açıqlamalar verib. Hətta Gülşən İbadova Acunu Avropa Məhkəməsinə verəcəyini iddia edir. Bütün bu söz-söhbətlər sizə necə təsir göstərir?
- Bu, bir yarışmadır. Burada heç kim, heç kimin haqqını tapdamır. Layihə əməkdaşlarının əməyini yerə salmaq lazım deyil. Növbəti mərhələyə seçilməyən azərbaycanlı iştirakçılar dəyərli səslər idilər, keçə bilmədikləri üçün təəssüf edirəm. Lakin kimisə günahlandırmaq doğru deyil, hazırda Gökhan bəyin komandasında qalan iştirakçılar da çox güclü səsə malikdir. Odur ki, rəy bildirərkən müsabiqədə qalan iştirakçını da düşünmək lazımdır. Mən burda həm də Azərbaycanı təmsil edirəm və inanıram ki, yaxşı səslər mütləq irəli gedir.
- Sibel Canın sizə münasibəti dəyişdimi?
- Xeyr, öz komandasına bacardığı qədər hər işdə dəstək olur. Yaxşı oxuyan iştirakçılarla öz doğması kimi rəftar edir. Səsini və oxumağını bəyənməsi onun qəlbindəsən deməkdir.
- Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımova da tələbələrinin növbəti tura keçə bilməməsinə bir az qəzəblənmişdi. Hətta etirazını bildirmişdi. Sizcə münsiflərin seçiminə etiraz etmək doğrudurmu?
- Aybəniz xanımın bir neçə tələbəsi birdən çıxmışdı. Müəllim kimi bunun ona pis təsir etməsi normal haldır, əlbəttə ki, ürəyi yanacaq. Məncə, münsif seçimində diqqətli olmalısan. Kimin komandasında güclü rəqiblərin olduğunu nəzərə alıb ona görə hərəkət etməlisən.
- Azərbaycanda istər "O Səs Türkiyə", istərsə də başqa türk verilişləri maraqla izlənilir. Təəssüf ki, bizim xalq mahnılarımız titrlarda anonim olaraq yazılır. Bu, nə dərəcədə ədalətlidir?
- Türkiyədə müəllifi olmayan bütün mahnılar anonim yazılır. Yəni, özləri öz mahnılarını da anonim yazır. Əlbəttə ki, çıxışlarımda "Sarı gəlin"in Azərbaycanın xalq mahnısı olduğunu dəfələrlə vurğulamışam. Lakin belə hesab edirəm ki, bu məsələ üzərində çox dayanmaq lazım deyil. Əsas odur ki, dünyanın hər hansı ölkəsində "Sarı gəlin"i oxuyanda onun Azərbaycan xalq mahnısı olduğunu deyə bilirik.
- Azərbaycanın "O səs" yarışmasında birincilik qazandığınızı bilirik. Bəs, "O Səs Türkiyə" müsabiqəsinə qatılmaqda əsas hədəf nədir? Birinci olmaq, ya müəyyən mənada qardaş ölkədə də tanınmaq?
- Azərbaycanda qazandığım birincilik mənə populyarlıq gətirmədi, heç nə əldə etmədim. Türkiyədə cəmi bir çıxışdan sonra küçədə insanlar məni tanımağa başladı, haradasa görəndə salam verirlər, gülərüzlə qarşılayırlar, diqqət mərkəzindəyəm. Burada hiss etdiyim sevgi və diqqət sonrakı fəaliyyətimi davam etdirməkdə mənə çox kömək olacaq. Bir növ mənim üçün motivasiya oldu. Müsabiqə haqqında heç vaxt əvvəlcədən proqnoz vermək olmur. Allahın işidir...
- Artıq bir neçə həftədir ki, uğurla çıxış edirsiniz. İstedadınıza şübhə yoxdur. Bəs bundan sonra Türkiyədə öz sözünü demiş sənətçiləri, eləcə də tamaşaçıları təəccübləndirmək çətin olmayacaq ki?
- Sadəcə bir çıxışımdan özümü sevdirə bildim. Həm öz vətənimdə, həm də Türkiyədə insanları səsimlə təəccübləndirə bilmişəm. Bu, çox sevindirici haldır. Artıq türk xalqının da sevimlisi olmuşam. Türklərin yolda saxlayıb, ifama görə mənə təşəkkür etməsi bunu bir daha təsdiqləyir. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm.
- Böyük səhnə təcrübəsi olan Sibel Candan nə öyrənirsiniz?
- Sibel Can məşq prosesində həmişə yanımızda olur. Seçdiyimiz mahnılara nəzarət edir, hər mahnıları seçə bilmirik, öz rəyi də olur. Səhvlərimizi düzəldir.
- Valehedici səsiniz olduğu inkaredilməz həqiqətdir. Onu qorumaq üçün nələr edirsiniz?
- Xüsusi heç nə, dərman və s. vasitələr də istifadə etmirəm. Sadəcə 8-9 saat yatmağa çalışaram ki, səsim dincəlsin. Səsimin əsas dərmanı budur, ona belə qulluq edirəm. Bu, çox xeyir edir.
- Elnur Hüseynovdan sonra birinci olmaq sizə nə qədər real və mümkün görünür?
- Bu barədə konkret bir söz söyləmək çox tezdir. Çünki indi həlledici mərhələlər başlayır və iştirakçıları auditoriya seçəcək. Belə desək, auditoriya səsverməsində özümə o qədər də güvənmirəm.
- Sizə Türkiyənin musiqi şirkətləri tərəfindən təkliflər gəlib?
- Bəzi verilişlərdən və şirkətlərdən reklamlarda çəkilmək təkliflər gəlib. Müqaviləyə əsasən, onlara çıxmağa və reklamlara çəkilməyə icazə yoxdur.

Xəbərlər     Baxılıb: 2030   Tarix: 04 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

yay kolleksiyasi toy makiyaji sekilleri geyim dəbləri qadin ehtirasi artiran dermanlar şirniyyatların hazırlanması səyahət ayaqda qabar kosmetika oğlaq banan sirin qogal bedii edebiyyat qoğalın nağlı