Tənbəl qadınlar dəriyə belə qulluq etsin – 6 TÖVSİYƏ

Tənbəl qadınlar dəriyə belə qulluq etsin – 6 TÖVSİYƏTəmiz və parlaq dəri hər bir qadının arzusudur. Hamar dəri sağlam orqanizmin işarəsidir. Ancaq hər qadının dəriyə qulluq etməyə çox zamanı olmur. Bu halları nəzərə alaraq sizinlə az vaxt tələb edən, hər zaman edə biləcəyiniz tövsiyələri paylaşırıq.
Dərinizi təmiz saxlayın
Ən asan dəri təmizləmə üsulu axtarırsınız? Hər gün üz yuyucusu ilə üzünüzü yuyun. Makiyajı və buna bənzər hər hansı məhsulu üzünüzdə saxlamayın. Vaxtdan asılı olmayaraq üzünüzü təmiz saxlayın.
Bol su için
Bu sözləri yəqin ki, çox eşitmisiniz. Bəli, bu dəri üçün vacib məsələdir. Unutmayın, su yalnız dəri üçün deyil, bütün orqanizm üçün faydalıdır. Su toksinləri çıxararaq təmiz və hamar dəriyə sahib olmağınıza kömək edir. Digər növ təbii meyvə şirələri də içməyə çalışın, vücudunuzu daim nəmləndirin.
Tərəvəz yeyin
Rasionunuza çox tərəvəz əlavə edin. Kahı, yerkökü, kələm, xiyar və s. bu kimi tərəvəzlər bədəni qidalandırır və dərini nəmləndirir. Dadını yaxşılaşdırmaq üçün hazırladığınız tərəvəz salatına az miqdarda zeytun yağı və limon suyu qata bilərsiniz. Mümkün qədər çox tərəvəz yeməyə çalışın, təsirini tez bir zamanda görəcəksiniz.
Bir neçə qurtum çay için
Bədəni gün ərzində tam nəmləndirmək üçün maye qəbulu əhəmiyyətlidir, ancaq sudan əlavə, bitki çayları da içməyinizdə fayda var. Çayınıza zəncəfil və limon əlavə etsəniz daha yaxşı olar. Bütün bunlar həzmi yaxşılaşdırır, bu sizin dərinizin canlı və parlaq olması üçün vacibdir.
Yuxu rejiminizə diqqət edin
Gözaltı üçün çox pul xərcləyib bahalı konsiler ala bilərsiniz, ya da hər gecə vaxtı-vaxtında yatmalısınız. Biz ikincisini tövsiyə edirik. Yuxunun necə vacib olduğunu hamımız bilirik. Göz ətrafındakı qara kölgələrin yaranmasının qarşısını alır, dərini sağlam edir. Yuxu həm də sizin formada qalmağınıza kömək edir.
Meditasiya ilə məşğul olun
Həm zehni, həm də emosional stressin yüksək olması dərini zədələyən səbəblərdən biridir. Stress dəridəki şirələri yox edir və bu dərini susuz qoyur, nəticədə səpgilər yaranır, lakin meditasiya və dərin nəfəsalma ilə əsəbin öhdəsindən rahatlıqla gələ bilərsiniz. /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 4744   Tarix: 21 oktyabr 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

turlar.az

makiyaj etmek qaydalari geyim dəbləri adlarin menasi cinsiyyet quymaq resepti süni mayalanma döşlər kosmetika cinsi əlaqə damla meseller qaynana dieta