Tənginəfəs olursunuzsa, bunu oxuyun

Tənginəfəs olursunuzsa, bunu oxuyunYay, qış fərqi yoxdur, həmişə nəfəs yollarımda problemlər yaranır. Təmiz havaya çıxanda belə hava çatışmır kimi hal yaşaya bilərsiniz
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, tənginəfəslik ağciyər emfizemasının göstəricisidir. Ağciyər emfizeması zamanı ağciyərin toxumalarının hərəkətliyi düşür, havalılıq yüksəlir. Emfizema zamanı ağciyərdəki hava kisəcikləri gərilib genişlənir. Bu zaman hava kisəciklərini bir-birindən ayıran incə divarlar cırılır. Bu da ağciyərin elastikliyinin pozulmasına gətirib çıxarır. Beləcə, ağciyərdə qan və hava tarazlığı pozulur.
Ağciyər get-gedə genişlənir, solur və daşlaşır. Ağciyərin funksiyasının bu cür pozulması digər orqanlara da mənfi təsir göstərir. Xəstədə qan çatışmazlığı aşkarlanır. Burada həmçinin genetik faktorlar da əsas rol oynayır, yəni əgər nəsildə kimdəsə vərəm və ya başqa ağciyər xəstəlikləri olubsa, bu irsən ötürülür. Bəzən yaşlı insanlarda da bu xəstəliyə tez-tez rast gəlmək mümkündür. Bu soyuqdəymə, qrip nəticəsində əmələ gəlir. Buna görə də yaşlı insanlara qripəleyhinə peyvənd etdirmək məsləhətdir.
Xəstəliyin məkanı: ağciyər, bronxlar, tənəffüs yolları.
Əgər səndə döş qəfəsinin formasını dəyişməsi, çətin nəfəsalma, qabırğaarası məsamələrin genişlənməsi, xırıltı səsi, ürəyin küt nahiyəsinin kiçilməsi, halsızlıq, yorğunluq, bəlğəmli öskürək varsa, fiziki iş qabiliyyətin günü-gündən aşağı düşürsə, üzün və əllərin tez-tez göyərirsə, demək, sən ağciyər emfizemasının əsarətindəsən.
Səbəb nədir:
Xəstəliyin yaranmasının əsas səbəbi xroniki bronxitdir. Siqaret çəkmək, spirtli içkilər içmək, havanın müxtəlif toz hissəcikləri ilə çirklənməsi, stress - xəstəliyin inkişafına təkan verən amillər sırasındadır. İnfeksion xəstəliklərə yoluxmaq da ağciyər emfizeması əmələ gətirir. 
Kimlər risq altındadır?
· İmmuniteti zəif olanlar
· Qapalı, oturaq iş rejimində və kompüterdə çalışanlar
· Spirtli içki, siqaret və narkotika aludəçiləri
· Nəfəs musiqi alətlərində çalanlar
· Pəhriz saxlayanlar
· Tez-tez qripə yoluxanlar
Xəstəliyin dəhşətli fəsadları:
İnsanlar arasında belə bir adət var ki, öskürək, boğulma olanda bunu soyuqdəymə, qrip, boğaz ağrısı ilə əlaqələndirirlər. Buna görə də tövşüməyə, nəfəs çatışmazlığına önəm vermirlər. Ona görə də bu irəliləyərək xəstəliyə - ağciyər emfizemasına çevrilir. Müalicənin gecikdirilməsi ürək çatışmazlığına gətirib çıxarır. Uzun illər müalicə aparılmadıqda isə xəstəlik ölümlə nəticələnə bilər. Yaşlılarda bu bədxassəli şişə çevrilir.
Diqqət! Diqqət!
Ağciyər emfizemasının vərəmə keçmə riski böyükdür. Əgər evdə bu xəstəliyin ağır formasından əziyyət çəkən varsa, ailənin digər üzvləri də müayinədən keçməlidirlər.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1135   Tarix: 29 iyun 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

geyim dəbləri qadın geyimi donlar 2026 gündəlik bürclər yay donları abqoranin hazirlanmasi qarabasaq kotleti kosmetika haxisda qiz evi ucun maya maskasi naz mila terezi