Tənhalıq asılılığı, yaranması və çıxış yolları

Tənhalıq asılılığı, yaranması və çıxış yollarıElm adamları tənhalığın asılılığın yeni növü olduğunu aşkarlayıblar. Bəzən həddindən çoxlu əlaqələrin olması insanı ətraf mühitdən təcrid olmağa sürükləyir.
Milli.Az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a verdiyi müsahibədə qeyd edib ki, müasir insan həm sosial, həm də özünə qapanan varlıqdır: "O, özünə yaxın olanlara can atır, bir müddət sonra isə gördüyü insanlar və ünsiyyətdən yorulur. Tək qalıb dincəlmək istəyir, amma bir müddət sonra bu vəziyyətə görə depressiyaya düşür.
Alimlər hesablayıblar ki, gündə iki saat ictimai nəqliyyatdan istifadə edən şəxs ucqar yerdə yaşayan kəndlinin bütün ömrü boyu görə biləcəyindən daha çox adamla üzləşir. İndiki şəraitdə evdə və ofisdə otura-otura dünya ilə elektron poçt, mobil və ofis telefonu vasitəsilə əlaqə qurmaq mümkündür. Həftə sonuna qədər bəzən ünsiyyət və əlaqədə olduğu insanlardan o qədər yorulur ki, tək qalmağa can atır. Hətta yaxınlarına baş çəkmək, qohumlarının evlərinə qonaq getmək istəmir, dostları ilə görüşdən qaçır, kafe və teatra üz tutmağa tənbəllik edir".
Müsahibimiz deyib: "Tənhalığa meyilli olanları bir neçə qrupa bölmək olar: Mütləq ünsiyyətsiz insanlar, ətrafdakılardan fərqlənənlər, təhqiredici söz və hərəkətlərdən bezənlər, introverlər və ünsiyyət qurmağı bacarmayanlar.
Mütləq ünsiyyətsiz olanlar tənhalığa meylli olurlar. Çox vaxt onlar bu vəziyyətə ətrafdakılara qarşı olan böyük küskünlük hissindən sonra düşürlər. Ətrafdakılardan fərqlənmək əsasən valideyn tərbiyəsindən irəli gəlir. Bəzi valideynlər övladlarına hələ uşaq yaşlarından hamıdan fərqli, hamıdan gözəl olduqlarını onlara təlqin edirlər. Təəssüf ki, onlar övladının qulağını təriflə doldursalar da, onun səhvlərini göstərmir, hərəkətlərini tənqid etmirlər. Həmin uşaqlar böyüyəndə öz bacarıq və imkanları ilə əslində malik olduqları potensial arasında olan fərqdən kompleks keçirməyə başlayır, özünə qapanmağa, ətraf mühitdən təcrid olunmağa sürüklənirlər. Təhqiredici söz və hərəkətlərdən bezənlər əsasən hansısa fiziki qüsuru olan uşaqlardır. Adətən başqa uşaqlar onlarla oynamaq və ya ünsiyyətdə olmaq istəmirlər. Məktəbdə isə bu cür uşaqlar başqa uşaqların "hədəfinə" çevrilirlər. Böyüyəndən sonra onlarda ətrafdakılara qarşı inamsızlıq, insanlardan uzaqlaşmaq istəyi yaranır. İntroverlər xarici aləmdən daha çox öz daxili dünyalarına aludə olur, daha çox tək qalanda özlərini rahat hiss edirlər. Ünsiyyət qurmağı bacarmayanlar böyüklərlə daha çox təmas və əlaqə nəticəsində vaxtından qabaq böyüyən uşaqlardır. Onlar uşaqlığını öz yaşıdları ilə keçirmədiklərindən hər hansı ünsiyyətə girməkdə çox böyük çətinlik çəkir və bundan usanaraq ünsiyyəti minimuma endirirlər".
Belələrinin özünü ətraf mühitdən izolyasiya etməyə olan meyli sosiofobiyaya - ətrafdakılarla kontakta girmə qorxusuna səbəb olur. Psixoloq onları həmin vəziyyətdən çıxarmaq üçün bir sıra variantlar göstərib: "İnkişaf üçün mütləq başqaları ilə ünsiyyətdə olmaq vacibdir. Yeni tanışlıqlara can atmaq, əvvəllər olmadığın məkanlara üz tutmaq, incəsənətin yeni növlərinə maraq göstərmək lazımdır. Onlara yardım etmək, maraqlı bir filmə baxmağı və ya kitabı oxumağı tövsiyə etmək məsləhətdir. Unutmaq lazım deyil ki, vakuumda şəxsiyyət yetişə bilməz. Elektron poçt, SMS və ya mobil telefonla olan ünsiyyət yalnız informasiya mübadiləsi üçün istifadə edilməlidir. Məclis və mərasimlərdən kənarda qalmamaq, hər gün ən azı bir yeni insanla tanış olmaq, dostluq əlaqəsi qurmaq məsləhətdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1269   Tarix: 24 iyun 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

hamiləlik yaz geyimleri 2026 geyim şəkilləri geyim kombinləri kişi sonsuzluğu vətən haqqında bayatı bal maskasi uz ucun kosmetika namiq qaraçuxurlu uzeyir xərçəng bürcü lakonizm arıqla