Tərəzi bürcü

Tərəzi bürcüTərəzilər yüksək intellektə malikdirlər. Onların diqqətini çəkmək üçün öz müsbət xüsusiyyətlərinizi göstərin. İncəsənətlə bağlı bütün söhbətlərdə aktiv iştirak edirlər. İstər mövzu rəsm sərgisindən, ya da filmdən düşsün, öz fikrinizi mütləq söyləyin. Görəcəksiniz ki, sizin fikriniz onların fikirləri ilə üst-üstə düşür.Tərəzi ilə yaxından tanış olmaq üçün ilk görüşünüzdə onu konsertə və ya teatr tamaşasına dəvət etsəniz yaxşı olar. Seçimdə diqqətli olun, Tərəzi klassikanı çox sevir. Ona görə də, seçdiyiniz sənət əsəri mütləq bu stildə olmalıdır.
Oxuduğunuz kitablar haqqında danışın. Poeziyanı çox sevdiyindən öz aktyorluq sənətinizə, şeir demək qabiliyyətinizə inamınız varsa, əzbər bildiyiniz şeri söyləyə bilərsiz. Bu onların ürəyincə olacaq.
Şeir yazıb-yazmadığını soruşun. Əgər yazıbsa, onda söyləməsini xahiş edin. Şeir ürəyinizcə olmasa da yenə tərifləyin.
Kompliment söyləməyi unutmayın, amma eyniliyə yol verməyin. Əgər dünən gözəlliyini tərifləmisinizsə, bu gün onun ağlına və istedadına heyran olduğunuzu söyləyin.
Tərəzi zövqlə seçilən bahalı hədiyyələri sevir. Ailə münasibətlərində Tərəzilər dava-dalaşdan, söz-söhbətdən qaçırlar. Siz də buna cəhd etməyin.
Onlar başqalarından fərqli olaraq, çox vaxt güzəştə gedirlər və ailə problemlərini özləri düzüb-qoşurlar. Bunu nəzərə alın ki, Tərəzi evdə təmizliyi, sakitliyi, rahatlığı sevir. Evdə canlı gülləri saxlamağı unutmayın. Kişi Tərəzi və qadın Tərəzi uşaqlarını çox sevir. Ailəsinə, uşaqlarına görə hər şeydən keçirlər. İşdə, kollektivdə həmişə hamı ilə mehriban dolanırlar.

Kişi Tərəzinin başqa bürclərlə uyğunluğu
Tərəzi - Qoç. Qoç tərs, sözündən dönməyəndir. Tərəzi isə sakitliyi, səmimiliyi sevən şəxsdir. Ancaq ünsürlərinin bir-birinə uyarlı olması xarakterinə təsir göstərir. Ona görə də, çox vaxt bir-birini başa düşmürlər. Ailə uğursuzdur. Bir-birinə güzəştə getsələr, ümumi dil tapa bilərlər. Bu vaxt xanım Qoçun üzərinə böyük yük düşür.
Tərəzi - Buğa. Buğa özündən razı olduğu üçün, çox vaxt romantik Tərəzini özündən çıxarır. Tərəzinin də qeyri-ciddiliyi Buğanı əsəbiləşdirir. Münasibətlər mümkündür, amma uzun müddətli deyil. Ailə nadir hallarda uğurlu alınır.
Tərəzi - Əkizlər. Hər ikisi sanki bir-biri üçün yaranmışlar. Heç birində qısqanclıq xüsusiyyətləri yoxdur. Onlarda ümumi oxşar cəhətlər var. Onlar bir-birini çox gözəl başa düşürlər. Münasibətləri lap əladır. Ailə uğurludur.
Tərəzi - Xərçəng. Bir-birinə uyğunluğu çox azdır. Hissiyatlı, hər şeyə inanan Xərçəng, dəqiq olmayan Tərəzidən tez küsəcək. Xərçəng evdə oturmağı üstün tutur. Tərəzi isə əksinə, gəzib-dolaşmağı çox sevir. Münasibətlər və ailə çox vaxt problemlidir.
Tərəzi - Şir. Bir-birini çox gözəl başa düşürlər. Şir hisslərə qapanan, Tərəzi isə emosionaldır. Tərəzinin Şirlə münasibətində Tərəzinin güzəştə getməsi şərtdir. Bu xüsusiyyət Tərəzi üçün çətin deyil. Ailədə münasibətlər yaxşıdır. Ailə uğurludur.
Tərəzi - Qız. Xarakterlərində oxşar cəhətlər azdır. Qızlar qayda-qanunla yaşamağı sevirlər. Tərəziyə bu çətin gəlir. Qız bu münasibətdə liderliyə can atır. Ailə problemlidir.
Tərəzi - Tərəzi. Ümumi, oxşar cəhətləri çoxdur. Hər ikisi həyatsevər. ciddi, məsuliyyətli, hər şeyə tez öyrəşəndilər. Bir-birini başa düşürlər. Xəyalpərəstdirlər, çox vaxt problemlər bu xüsusiyyətə görə yaranır. Ailədə müəyyən güzəştə getməlidirlər.
Tərəzi - Əqrəb. Əqrəb çox qısqancdır. Tərəzini çox vaxt bu xüsusiyyət özündən çıxarır. Bu münasibətdə Əqrəb lider olmaq istəyir. Tərəzi də, təbii ki, bununla razılaşmalıdır. Əgər bununla razılaşacaqlarsa, ailə uğurlu ola bilər.
Tərəzi - Oxatan. Bu münasibətlərdə heç bir tərəf darıxmayacaq. Tərəzi bürclü bəzən Oxatanın xarakterində olan tələbkarlıq, filosofluq və başqa ciddi xüsusiyyətlərə görə ondan tez-tez inciyir. Əgər bu xüsusiyyətlərini Tərəzi həzm edə bilərsə, ailə uğurludur.
Tərəzi - Oğlaq. Oğlaq Tərəzini çox yaxşı başa düşür. Tərəzi isə bəzən Oğlaqın qısqanclığı ilə razılaşmır. Tərəzinin gündəmdə olması, cəmiyyətdə parlaması Oğlağı əsəbiləşdirir. Münasibətlər qısamüddətlidir. Ailə uğursuzdur.
Tərəzi - Dolça. Onlar bir-birinə çox uyğundurlar. Hər iki-si cəmiyyət içərisində olmağı xoşlayır. Hər ikisinin çoxlu dostları var. Bir-biri ilə ünsiyyət yaratmaq onlara xoşdur. Ailə uğurludur.
Tərəzi - Balıqlar. Bu bürc sahiblərinin münasibətində problemlər yox deyil. Bir-birilərini çətin başa düşürlər. Ailə münasibətlərində Balıqlar bütün məsuliyyəti öz üzərinə götürmək istəmirlər. Tərəzilərsə dominant olmağı bacarmırlar. Bunların nikahına ümid bağlamaq olmaz.
Qədim türkcə - Ülgü; Latınca - Libra;
Farsca - Terazu; Ərəbcə - Mizan;
Qadim yunanca - Chelai Rusca - Vesı

Maraqlı     Baxılıb: 5939   Tarix: 21 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

turlar.az

qadin dunyasi geyim və ayaqqabılar qadin sayti dolu xanimlar ucun donlar intim məktəb enli koftalar atalar sozu elm haqqinda kosmetika hakıştalar xlor lekesi zehmet ve zinet novruza aid hakistalar həmidə