Təşviş pozuntusu olanlar prebiotik içsin - Maraqlı təsir
Yeni elmi araşdırmanın nəticələri prebiotiklərin psixi pozuntu, təşviş, stress keçirənlərə müsbət təsir etdiyini göstərib.
Milli.Az xəbər verir ki, bu problemi olanların durumu bağırsaq mikroflorasının vəziyyətindən asılıdır.
Adətən mikroflorası pozulanlar, disbakteriozu olanlarda təşviş, depressiya, nevroz, panik atak yaşanır.
Prebiotiklər - bağırsaq mikroflorasını bərpa edən lakto və bifidobakteriyalardan ibarət preparatdır.
Britaniyanın Sarrey Universitetinin alimləri 64 nəfər 18-26 yaşlı qızlar arasında eksperiment aparıb.
28 gün ərzində qrupun yarısına gündə bir dəfə prebiotiklər verilir. Bütün iştirakçılar müntəzəm olaraq özləri barədə anket doldurub, psixoloji suallara cavablar verilib. Onların psixi durumu, yuxu, iş rejimi qeyd edilib. Eləcə də həftədə bir dəfə nəcis analizi alınaraq, mikrofloranın vəziyyətinə baxılıb.
Nəticədə prebiotik içən qrupda 4 həftə ərzində bağırsaq mikroflorası bərpa olub, təşviş səviyyəsi azalıb, ümumilikdə onlar stresdən çıxaraq, daha müsbət əhvalda olublar. /medicina.az
Milli.Az /news.milli.az









Tanınmış müğənni dəhşətli qəzada öldü
Nar görün hansı xəstəliyin güclü dərmanı İMİŞ
Toyda bunu etmək tərbiyəsizlikdir
Xumar Qədimovanın ailəsində ağır itki - Foto
Məşhur cütlüyün övladı dünyaya gəldi - FOTO
Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏR
Hande Erçel sərbəst buraxıldı
Nanə əməliyyat olundu
Məşhur müğənni xəstəxanaya yerləşdirildi - Təcili əməliyyat olundu
Göz sağlamlığı üçün vitaminlər həqiqətən faydalıdırmı?
Cansever əməliyyat olundu
Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz
Mədə xərçəngi xəstələrinin 5 ortaq xüsusiyyəti aşkarlandı