Tez-tez acmaq, daim yemək istəmək nəyin əlamətidir?

Tez-tez acmaq, daim yemək istəmək nəyin əlamətidir?İştahanız səbəbsiz artıbsa, daim yemək istəyirsinizsə, buna ciddi fikir vermək lazımdır. Bəzən bu hal orqanizmdə baş verən hər hansı pozulmaya işarə edə bilər.
Milli.Az Sputnik Azərbaycan-a istinadən sizi iştahanın artmasının bəzi bilmədiyiniz səbəbləri ilə tanış edir:
1. Depressiya
Bəzi depressiyadan əziyyət çəkən insanlar yeməkdən demək olar tam imtina edir, lakin bir çoxları isə əksinə daim yeyir və özünə nəzarət edə bilmir. 
2. Yuxunun az olması
Alimlərin müşahidələrinə görə, yuxusuzluqdan əziyyət çəkən, müxtəlif səbəblərə görə (iş rejimi, normal yuxu üçün şəraitin olmaması və s.) az yatan insanlar artıq çəki və piylənmədən normal yuxu alan insanlarla müqayisədə daha tez-tez əziyyət çəkirlər.
Yuxunun az olması hormonlara və xüsusilə iştahanı tənzimləyən leptin və qrelin hormonlarına təsir edir. Bu hormonların tarazlığı pozulanda iştaha artır.
3. Səhər yeməyindən imtina
Səhər yeməyi ən vacib qida qəbuludur. Səhər yeməyi orqanizmdə mübadilə proseslərini "qoşur". Müşahidələr göstərir ki, səhər yeməyindən imtina edən insan gün ərzində daim anomal aclıq hiss edir, daha çox yeyir və onda doymaq hissi gec yaranır.
4. Stress
Stress insanı daha çox yeməyə vadar edir. Stress vəziyyətində insan daha çox şirniyyat və kalorili yeməklərə üstünlük verir.
5. Qidalanmada zülalın çatışmazlığı
Zülallar gec parçalanır və mənimsənilir və nəticədə insan özünü daha uzun müddət ərzində tox hiss edir. Zülalla zəngin olan məhsullar arasında: ət, balıq, yumurta, süd məhsulları və s.
6. Lifli qidaların azlığı
Liflə zəngin olan məhsullar (tərəvəzlər, paxlalılar, yarmalar və s.) da gec həzm olunur və qanda qlükozanın səviyyəsini stabil saxlayır. Bildiyimiz kimi, qanda şəkərin kəskin artması aclığa səbəb olur.
7. Qanda şəkərin yüksək səviyyədə olması
Əgər şəkərin səviyyəsi normal tənzimlənmirsə, insan tez acır, doymur və yeməkdən az bir müddət keçdikdən sonra yenə yemək istəyir. Bu şəkərli diabetin inkişafına işarə edə bilər.  
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2740   Tarix: 28 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

geymler 2026 toy gecesi yemek reseptleri xren yarpagi elaci 2026 geyim kolleksiyalari prostat kosmetika turpun nağlı xeyanet xanım az qiz evi anabaci